Accessibility links

Nenad Pejic: Xədicə və AzadlıqRadiosu qalib gələcək


Xədicə İsmayıl

Xədicə İsmayıl

Azad Avropa/AzadlıqRadiosunun baş redaktoru və həmdirektoru Nenad Pejic Xədicə İsmayılova ilə bağlı məqalə ilə çıxış edib. Bu gün Xədicə İsmayılovanın həbsindən 6 ay keşir.

AzadlıqRadisunun dərc etdiyi məqaləni diqqətinizə çatdırırq:

Lap əvvəldə o, hədələyici telefon zəngləri ilə üzləşdi – prinsiplərindən geri çəkilmədi. Daha sonra ailəsi hədələndi. O yenə də boyun əymədi.

Xədicə seçim etmişdi.

Xədicə seçim etmişdi.

O korrupsiyadan yazmağa son qoyub bir müddət sakitcə yaşaya bilərdi. Heç kim də onu qınamazdı. Lakin o, bunu etmədi. O öz mövqeyini bir azca yumşalda bilərdi. Lakin buna getmədi. O müəyyən “həssas” mövzulardan yan keçə bilərdi və öz həyatını Azərbaycan “toxunulmazları”nın cəncəlli işlərini təhqiq etməyərək ağırlaşdırmaya bilərdi. Lakin o bunu da etmədi. Jurnalistika prinsiplərinə uyğun olaraq o kompromisə gedə bilməzdi.

Azərbaycan hakimiyyəti də seçim etməli oldu.

Onlar Xədicəyə təzyiqləri artırıb xaricdən tənqid riskinəmi girməli idilər?

Yoxsa onun məqalələrini görməməzliyə vurub onların ölkədə nəşrinin qarşısınımı almalıydılar? İnternet bunu demək olar mümkünsüz edib. Onun jurnalist təhqiqatındakı fakrtları sorğu-sualmı etməliydilər? Məsələ burasında idi ki, burada sorğu-sual ediləcək bir şey yoxdu: faktlar göz qabağında idi.

Azərbaycan hökumətinin hərəkətlərinə haqq qazandırılması və xarici hökumətlərin mövqeyinin yumşaldılması üçün lobbiçilər kirayələndi. Səhnə quruldu.

2012-ci ilin martında Xədicənin intim və qanunsuz üsullarla əldə edilmiş açıq-saçıq videosu internetdə peyda olanda, hakimiyyətin hansı qərarı qəbul etdiyi aydın oldu: Xədicəni nə yolla olursa-olsun susdurmaq. Azərbaycan hökumətinin hərəkətlərinə haqq qazandırılması və xarici hökumətlərin mövqeyinin yumşaldılması üçün lobbiçilər kirayələndi. Səhnə quruldu.

Xədicə bu halda da öz prinsipləri qədər möhkəm olduğunu göstərdi. O mətbuat konfransı çağırdı, həmin videonu nümayiş etdirdi və hamıya dedi ki, heç kəs onu susdura bilməyəcək və o ölkədəki korrupsiya barədə yazmaqda davam edəcək. Hamı, ilk növbədə Azərbaycan hakimiyyəti onun sakitləşməsini istəyirdi. Hətta daha mötədil siyasi və media dairələrində ona “xatakar” kimi baxmağa başaladılar.

Lakin sözünə sadiq Xədicə öz yoluna davam etdi. O Azərbaycan rəsmilərinin korrupsiyasına dair daha çox təhqiqat məqalələri yazdı.

“Mən bilirdim ki, həbs oluna bilərəm - deyirdi Xədicə 2014-cü ilin oktyabrında, - Əgər bu baş verəcəksə, qoy olsun. Mən hazıram”.

2015-ci ilin 5 dekabrında polis onun mənzilinə gələrək Xədicəni prokurorluğa apardı. İttihamlar absurd idi: bir nəfər onu özünü intihar dərəcəsinə çatdırmaqda ittiham edirdi.

Lakin onun tərəfindən intihara məcbur edildiyi iddia edilən şəxs belə bir şeyin heç vaxt baş verməmiş olduğunu deyəndə, Bakı hakimiyyəti yeni ittihamlarla çıxış etdi: mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və səlahiyyətlərini aşma. Hakimiyyət iddia edirdi ki, AzadlıqRadiosunun Bakı bürosu maliyyə cinayətlərinə yol verib, halbuki ofis rəsmən Bakıda qeydiyyata alınmışdı və AzadlıqRadiosunun rəsmi Azərbaycan auditoru tərəfindən 2012-ci ildə keçirilmiş auditi heç bir pozuntu aşkar etməmişdi.

AzadlıqRadiosunun Bakı ofisi 2014-cü il, dekabrın 26 qanunsuz olaraq qapadıldı.

Lakin bunun dəxli yox idi. AzadlıqRadiosunun Bakı ofisi 2014-cü il, dekabrın 26 qanunsuz olaraq qapadıldı. Müstəntiqlər və silahlı polis, işçiləri bir otağa dolduraraq şirkətin seyfini sındırdılar, sənədləri və rəsmi möhürləri müsadirə etdilər. Məhkəmə qərarında deyilirdi ki, axtarış AzadlıqRadiosunun Azərbaycan Xidmətinin xarici QHT-lərin maliyyələşdirilməsi qanunu ilə əlaqədar istintaqının bir hissəsidir. İşçi heyəti bir neçə saatdan sonra azad edildi və az qala 20 əməkdaş dindirilmək üçün prokurorluğa çağırıldı. Onlardan bəziləri ölkəni tərk etmək qərarına gəldilər. AzadlıqRadiosu üçün reportajlar verməkdə davam etmək istəyənlərə materialları üçün pul ödənə bilməzdi, çünki onların bank hesabları dondurulmuşdu.

Xədicə İsmayılova öz seçimini etmişdi: O öz azadlığını uca tutduğu jurnalist prinsiplərinə qurban vermək qərarına gəlmişdi.

Xədicə İsmayılova öz seçimini etmişdi: O öz azadlığını uca tutduğu jurnalist prinsiplərinə qurban vermək qərarına gəlmişdi.

“Xahiş edirəm, mənim əvəzimə kompromisə getməyin. Mən bunu qəbul etmərəm”. Bu onun iki ay əvvəl AzadlıqRadiosuna göndərdiyi mesajdır.

Azərbaycan hökuməti də öz seçimini etmişdi: Xədicəni nəyin bahasına olursa olsun susdurmaq və AzadlıqRadiosunun Bakı fəaliyyətini dayandırmaq.

AzadlıqRadiosu da öz seçimi edib: Biz Xədicənin və başqa həmkarlarımızın yanında olacağıq. Müəyyən bir məqamda, vaxtı gələndə Xədicə və AzadlıqRadiosu qalib gələcəklər. Xədicə o qələbənin qiymətini hamıdan yaxşı bilir. Biz AzadlıqRadiosunda həmin ağrı ilə tanışıq, çünki bir çox həmkarlarımız əzab çəkiblər və bəziləri həyatlarını itiriblər. Bu ağrı AzadlıqRadiosunun gündəlik həyatıdır. Bir çox rejimlər AzadlıqRadiosunu susdurmaq istəyiblər. Heç biri bacarmayıb və bacarmayacaq da.

Nenad Pejic Azad Avropa/AzadlıqRadiosunun baş redaktoru və həm-direktorudur.

XS
SM
MD
LG