Accessibility links

Xədicə İsmayılova Alison Des Forqs mükafatına layiq görülüb


Xədicə İsmayıl
Xədicə İsmayıl

Jurnalist Xədicə İsmayılova 2015-ci ildə hüquq-müdafiə sahəsində Alison Des Forqs adına nüfuzlu mükafatın dörd qalibindən biridir. Bu barədə Human Rights Watch təşkilatı məlumat yayıb.

Bu mükafatın digər laureatları sırasında Malayziyadan hüquq-müdafiəçisi Nişa Ayub, suriyalı jurnalist Yara Bader, uqandalı hüquq müdafiəçisi Nikolas Opiyo var.

“Alison Des Forqs mükafatı insan hüquqları uğrunda cəsarətlə mübarizə aparanlara verilir”,Human Rights Watch təşkilatının icraçı direktoru Kennet Rot bildirib.

Onun sözlərinə görə, indiki qaliblər öz həyatlarını insanların hüquqlarının qorunmasına həsr ediblər.

Alison Des Forqs təxminən 20 il Human Rights Watch təşkilatının baş məsləhətçisi olub. 2009-cu il fevralın 12-də avtomobil qəzasında həlak olub. O 1994-cü ildə Ruandada soyqırım üzrə aparıcı ekspert olub. Onun adına mükafat insan haqlarının qorunması sahəsindəki xidmətlərinə görə təsis edilib.

Qaliblərə mükafatlar yaxın ildə müxtəlif ölkələrdə müxtəlif tədbirlər zamanı təqdim olunacaq. Xədicə İsmayılovanın mükafatlandırılması iki dəfə olacaq – Münhen və Cenevrədə, məlumatda deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG