Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) jurnalist Xədicə İsmayıl üzərində məhkəməni pisləyib və Azərbaycan hökumətini bütün ittihamları geri götürməyə səsləyib. Prokurorun jurnalistə doqquz il həbs cəzası istəməsinə cavab olaraq beynəlxalq təşkilat məhkəməni "ədalətin məsxərəsi" kimi dəyərləndirib.

"Biz Bakının beynəlxalq ictimaiyyətdəki tərəfdaşlarını indən belə Azərbaycanla münasibətləri Xədicə İsmayılın, habelə bu repressiv ölkədə həbsə atılmış bütün başqa jurnalistlərin azadlığa buraxılması ilə şərtləndirməyə çağırırıq," deyə Vaşinqtonda qərargahlanan qurumun Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Oqnianova bəyan edib.

"Dövlət ittihamçısının jurnalist Xədicə İsmayılın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəməsi haqqında məlumat kədərləndirici, amma gözlənilən xəbərdir,” deyə Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks Amerikanın Səsinə bildirib.

Biz Bakının beynəlxalq ictimaiyyətdəki tərəfdaşlarını indən belə Azərbaycanla münasibətləri Xədicə İsmayılın, habelə bu repressiv ölkədə həbsə atılmış bütün başqa jurnalistlərin azadlığa buraxılması ilə şərtləndirməyə çağırırıq.

İsmayıl saxta ittihamlarla cinayət təqibinə məruz qalan fəallar və jurnalistlərin uzun siyahısında növbəti qurbandır, o belə hesab edir.

Mujnieks məhkəmə orqanlarını prokurorun təklifini qəbul etməməyə və beynəlxalq normalara riayət etməyə çağırıb.

“Bu, Azərbaycanın ədalətli mühakimə sisteminə etibarın bərpa edilməsinə yol aça bilər”, o bildirib.

Öz növbəsində, “Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalistləri müdafiə təşkilatı prokurorun İsmayıl barəsində çıxışını pisləyib.

“Bu, o dərəcədə qəzəbləndirici və mənasızdır ki, açıq-aşkar siyasi olan bu proses bir il əvvəl başlamış müstəqil KİV-in təqibi dalğasının rəmzinə çevrilir”, Sərhədsiz Reportyorların baş katibi Kristof Delor belə hesab edir.

Nils Mujnieks

Nils Mujnieks

O, beynəlxalq ictimaiyyəti İsmayılın işi üzrə prosesi pisləməyə, Azərbaycan hökumətindən beynəlxalq öhdəliklərinə riayət və İsmayılı qeyd-şərtsiz azad etməyi tələb etməyə çağırıb.

“Qapalı proses keçirilməsi açıq-aşkar ədaləti təkzib etmək məqsədilə düşmənçiliyin nümayişi oldu. İsmayılı tezliklə barmaqlıqlar arxasına göndərmək üçün hakimlər, demək olar ki, müdafiə tərəfinin bütün vəsatətlərini təmin etmir, ittihamın absurdluğunu ifşa edən dəlillər təqdim etmək cəhdlərinin qarşısını alır,” baş katibin bəyanatında deyilir.

İsmayılın ailəsinin və dostlarının məhkəmə zalına çıxışı yer olmaması bəhanəsi ilə məhdudlaşdırılıb, baxmayaraq ki, zal xüsusi olaraq yığılmış insanlarla dolu olub.

Qapalı proses keçirilməsi açıq-aşkar ədaləti təkzib etmək məqsədilə düşmənçiliyin nümayişi oldu. İsmayılı tezliklə barmaqlıqlar arxasına göndərmək üçün hakimlər, demək olar ki, müdafiə tərəfinin bütün vəsatətlərini təmin etmir, ittihamın absurdluğunu ifşa edən dəlillər təqdim etmək cəhdlərinin qarşısını alır.

İsmayıl hökumətin yüksək səviyyədə korrupsiyasının işıqlandırılması və hakim ailə üzvlərinin buna cəlb edilməsinin ifşası ilə məşhurdur. Bir neçə təzyiq və qorxutma cəhdlərindən, o cümlədən intim həyatından videokadrların yayılması vasitəsilə şantajdan sonra İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib.

Prokurorun çıxışını Human Rights Watch hüquq müdafiə təşkilatının nümayəndəsi də pisləyib, İsmayılı dərhal azad etməyə çağırıb.

XS
SM
MD
LG