Accessibility links

Xədicə İsmayılın şikayəti təmin edilməyib


Xədicə İsmayıl:
Xədicə İsmayıl:

Sentyabrın 29-da Bakı Apelyasiya Məhkəməsində jurnalist Xədicə İsmayıla qarşı Elman Həsənovun (Türkoğlu) xüsusi ittiham qaydasında qaldırılmış şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsinin 23 fevral tarixli hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

2015-ci il fevralın 23-də Bakı İstintaq Təcridxanasında Elman Həsənovun jurnalist Xədicə İsmayıla qarşı iddiası üzrə Binəqədi Rayon Məhkəməsinin hakimi Sədrəddin Hacıyev qərar çıxarıb. Hakim jurnalisti Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə təqsirli bilərək 2500 manat məbləğində cərimələyib. Jurnalist ittihamı qəbul etməyib, siyasi sifaiş adıandırıb. O, prosesin qapalı keçirilməsinə etiraz olararq son söz deməkdən də imtina edib və zalı tərk edib. Hökm jurnalistin özü iştirak etmədən verilib.

Xatırladaq ki, Xədicə İsmayıl 2014 il dekabrın 5-də həbs olunub. Böhtan ittihamı ilə yanaşı ona qarşı Tural Mustafayev adlı şəxsin ərizəsi əsasında “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə ittiham irəli sürülüb. 2015-ci il fevralın 13-də jurnalistə qarşı daha 4 maddə ilə - Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan edilib. Fevralın 24-də bütün ittihamlar bir icraatda birləşdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə X. İsmayıla 3 il rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 7 il 6 ay həbs hökmü çıxarıb.

Vəkillər Binəqədi rayon Məhkəməsinin Xədicə İsmayılla bağlı 23 fevral tarixli hökmündən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Şikayətdə hökmün ləğv edilməsi və bəraət verilməsi tələbi irəli sürülüb.

Bakı Apellyasiya Məhkəməsinin bu il avqustun 26-da keçirilən ilkin məhkəmə baxışında vəkillər şikayətə məhkəmə istintaqı ilə baxılması barədə vəsatət qaldırıb. Apellyasiya Məhkəməsi vəsatəti təmin etməyib və vəkillər məhkəmənin bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.

Vəkil Yalçın İmanov Amerikanın Səsinə bildirib ki, sentyabrın 29-da hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə baxışında da prosesin məhkəmə istintaqı ilə keçirilməsinin vacibliyi barədə hakim heyəti qarşısısnda yenidən vəsatət qaldırılıb.

“Hökmdə qeyd olunur ki, Xədicə İsmayıl Elman Həsənovu ağır cinayətdə ittiham etməklə ona böhtan atıb. Amma, belə bir iş olmayıb. Bu səbəbdən məhkəmə istintaqı zamanı bütün bunların araşdırılması vacibdir”, o qeyd edib. Lakin məhkəımə vəsatəti bu dəfə də təmin etməyib.

İmanovun sözlərinə görə, Elman Həsənov da prosesdə çıxış edib.

“O özünə qarşı sosial şəbəkələrdə yayılan məlumatı Əli Kərimli (AXCP sədri), Qənimət Zahid (Azadlıq qəzetinin baş redaktoru) və Natiq Ədilovun (Azadlıq qəzetinin əməkdaşı) təşkil etdiyini və bu barədə sənədlərin olduğunu bildirdi. Bu zaman müdafiə tərəfi hər üç şəxsin məhkəməyə dəvət edilməsi və Həsənovun sənədləri təqdim etməsi barədə vəsatət qaldırdı. Məhkəmə bu vəsatətləri də təmin etmədi”, vəkil qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG