Accessibility links

Avropa Məhkəməsi Xədicə İsmayılovanın "Səs" qəzetinə qarşı şikayəti üzrə kommunikasiyaya başlayıb


Xədicə İsmayılova

Xədicə İsmayılova

Avropa Məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılovanın şiikayəti əsasında Azərbaycan hökumətinə sorğu göndərib. Belə ki, Azərbaycan hökuməti “Səs” qəzetində jurnalistlə bağlı dərc olunan məqalə ilə bağlı sorğulara cavab verəcək. Bu barədə Amerikanın Səsinə vəkil Fariz Hamazlı bildirib.

Xədicə İsmayılova “Tarixi deputatxana” adlı məqalədə şərəf və ləyaqətinin alçaldılması ilə bağlı məhkəməyə müraciət edib, “Səs” qəzetinin üzr istəməsi və mənəvi zərərə görə 50 min manat kompensasiya ödənilməsini tələb edir.

2012-ci il noyabrın 6-da “Səs” qəzetində “Tarixi deputatxana” sərlövhəli məqalə ilə əlaqədar Xədicə İsmayılova Avropa Məhkəməsinə göndərdiyi şikayət üzrə kommunikasiya mərhələsi başlayıb. Bu iş üzrə jurnalistin hüquqlarını həm yerli məhkəmələrdə, həm də Avropa Məhkəməsində Media Hüququ İnstitutu müdafiə edib.

Xədicə İsmayılova “Tarixi deputatxana” adlı məqalədə şərəf və ləyaqətinin alçaldılması ilə bağlı məhkəməyə müraciət edib, “Səs” qəzetinin üzr istəməsi və mənəvi zərərə görə 50 min manat kompensasiya ödənilməsini tələb edib. Yerli məhkəmələr jurnalistin şikayətlərini təmin etməyib və iş Avropa Məhkəməsi müstəvisinə çıxarılıb. Strasburqa göndərilən ərizədə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi və ailə həyatına hörmət) və 10-cu (ifadə azadlığı) maddələrində nəzərdə tutulan hüquqların pozuntusunun tanınması xahiş olunub.

Bu iş üzrə kommunikasiya mərhələsi 2016-cı il yanvarın 7-də başlayıb.

XS
SM
MD
LG