Accessibility links

14 beynəlxalq təşkilat Xədicə İsmayılova ilə bağlı Avropa Məhkəməsinə müraciət edib


Xədicə İsmayılova

Xədicə İsmayılova

PEN International və Privacy International başda olmaqla 14 beynəlxalq söz və ifadə azadlığı təşkilatı Azərbaycanda həbsdə olan jurnalist Xədicə İsmayılovanın işinə baxılması ərəfəsində Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

“Azərbaycan hakimiyyətinin Xədicə İsmayılova ilə çox pis davranışı son illər bu ölkədə söz və mətbuat azadlığının daim pozulmasından xəbər verir”, Beynəlxalq PEN-klubun prezidenti Cennifer Klement bildirib.

“Bu, yalnız bir ədalətsizliyin aradan qaldırılması yox, həm də ümumilikdə KİV-ə böyük dəstək məqsədilə AİHM üçün mühüm fürsətdir”, - o qeyd edib.

X.İsmayılova 2015-ci ilin sentyabrında 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, bu, hakimiyyətin ali eşelonunda korrupsiya ilə bağlı jurnalistin hesabatına görə qisasdır.

“Xədicə İsmayılova ciddi təzyiqlərə məruz qalıb, onun mənzilində gizli videoçəkiliş aparılmaqla şəxsi həyatına müdaxilə edilib. Azərbaycan hakimiyyəti bu pozuntuları araşdırmayıb”, - Privacy International-ın hüquq məsələləri üzrə əməkdaşı Kamila Qraham Vud deyib.

Avropa məhkəməsində X.İsmayılovanın maraqlarını tanınmış vəkil Amal Klunu müdafiə edəcək. İşə yaxın vaxtlarda baxılacağı gözlənilir.

XS
SM
MD
LG