Accessibility links

Xələf Xələfov: Xəzərin hüquqi statusu üzrə razılaşma əldə olunub [Video]


Xələfov deyib ki, sənədin mahiyyəti ondan ibarətdir ki, prinsiplər siyasi bəyanat şəklində əks olunub
please wait

No media source currently available

0:00 0:06:01 0:00

Xələfov Xələfov: Konvensiyanın prinsipləri siyasi bəyanat şəklində əks olunub

Xəzəryanı dövlət başçılarının Həştərxan sammitində Xəzərin hüquqi statusu haqqında konvensiyanın əsas məsələləri üzrə razılaşmalar əldə olunub. Sammitin nəticələri uğurludur və keyfiyyətcə yeni mərhələyə keçmək üçün əsas verir. Bu barədə sentyabrın 30-da keçirdiyi mətbuat konfransında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Xəzərin dibinin bölünməsi üzrə ortaq mövqeyə gəlinib ki, bu da Konvensiyanın 80-90%-nin razılaşdırılmasına təkan verib, deyə Xələfov qeyd edib.

Amerikanın Səsinin “Bakının Xəzər akvatoriyasının 25 millik zonaya bölünməsinə razılıq verməsi Azərbaycan Konstitusiyasının 11-ci maddəsinə zidd deyilmi?” sualına cavabda Xələfov deyib ki, əldə edilmiş razılaşmalar Azərbaycan qanunvericiliyinə və beynəlxalq normalara zidd deyil.

Sammitin yekunlarına görə birgə bəyannamə qəbul edilib, bioresurslar, hidrometeorologiya və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Həmçinin bioloji resurslar üzrə hökumətlərarası komissiya yaradılıb. Komissiya resursların mühafizəsinə və istifadəsinə nəzarəti həyata keçirəcək.

Fövqəladə hadisələrin idarə edilməsi haqqında saziş onların aradan qaldırılması üçün vahid mexanizm yaradır ki, bu da neft-qaz resurslarının hasilatı və daşınması zamanı xüsusilə aktualdır.

Birgə bəyannamənin müddəalarına toxunan Xələfov deyib ki, sənədin mahiyyəti ondan ibarətdir ki, prinsiplər siyasi bəyanat şəklində əks olunub.

Növbəti sammit iki ildən sonra Qazaxıstanda keçiriləcək.

Prezidentlər işçi qruplara həmin vaxta qədər Konvensiya layihəsi üzərində işi tam yekunlaşdırmaq tapşırığı veriblər.

Jurnalistlərin suallarını cavablandıran Xələfov deyib ki, Rusiya, Qazaxıstan və Azərbaycan Xəzərin dibinin bölgüsünü öz aralarında tamamilə yekunlaşdırıblar. İran və Türkmənistanla bu iş davam etdirilir.

İndiyə qədər beştərəfli konvensiya ilə bağlı fikir ayrılıqları var idi. İndi isə vahid prinsiplər və normalar müəyyən olunub. Belə ki, dəniz akvatoriyası 15 millik milli zonaya və əlavə olaraq 10 millik balıqçılıq zonasına bölünür. Dənizin qalan hissəsi ortaq istifadədə olacaq.

Bununla yanaşı, milli akvatorialarda və dənizin ortaq zonasında xüsusi rejimlər işlənib hazırlanmalıdır. Bu zaman ərazi bütövlüyünə, suverenliyə hörmət olunacaq, güc tətbiqinə və daxili işlərə müdaxiləyə yol verilməyəcək.

Təhlükəsizliyin və sabitliyin təmin olunmasına gəlincə, Xəzərdə silahların sabit balansının yaradılması haqqında razılıq əldə olunub. Azərbaycan və digər ölkələr Xəzərin hərbiləşdirilməsinin əleyhinədir.

Xəzərdə hərbi quruculuq həyata keçirilərsə, tərəflərin maraqları nəzərə alınacaq. Silahların yerləşdirilməsi səmərəli və təhlükəsiz səviyyədə olmalıdır.

Əsas prinsiplərdən biri də Xəzərdə üçüncü ölkələrin hərbi iştirakının olmamasıdır. Tərəflərin silahlanmasında bərabərlik prinsipinə riayət olunacaq.

Computer Hope

Bəyannamədə Xəzərin dibinin bölünməsi də əksini tapıb. Bu zaman İran və Türkmənistanla danışıqlar davam edir, belə ki, bu məsələ ilə bağlı fikir ayrılıqları qalmaqdadır.

Bioloji resurslar üzrə yeni saziş imzalanması nəzərdə tutulur.

Ekologiya məsələləri üzrə qarşılıqlı məsuliyyət nəzərdə tutulacaq.

Xüsusi işçi qrupun növbəti görüşü noyabrın sonu - dekabrın əvvəllərində Bakıda keçiriləcək, deyə Xələfov bildirib.

Amerikanın Səsinin “Bakının Xəzər akvatoriyasının 25 millik zonaya bölünməsinə razılıq verməsi Azərbaycan Konstitusiyasının 11-ci maddəsinə zidd deyilmi?” sualına cavabda Xələfov deyib ki, əldə edilmiş razılaşmalar Azərbaycan qanunvericiliyinə və beynəlxalq normalara zidd deyil.

Xatırladaq ki, ölkə Konstitusiyasına əsasən, dənizin Azərbaycan sektoru – onun dibi, səthi və hava məkanı ölkənin ərazisi hesab olunur. Milli sektor 25 millik zonadan xeyli çox sahəni əhatə edir.

XS
SM
MD
LG