Accessibility links

Xərçəngi hiss edən itlər [Video]


Xərçəngi hiss edən itlər
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Prostat xərçəngi 60 yaşlı insanlar arasında ən çox yayılan xəstəliklrdən biridir. Beynəlxalq Xərçəng Araşdırma Fondunun bidirdiyinə görə 2012-ci ildə bir miliyondan çox insana bu diaqnoz qoyulub.

Müayinə erkən aparılarsa bu növ xərçəngin qarşısı alınmış olar. Buna görə də həkimlər sidikdə aşkar edilən prostat-xüsusi antigen adlanan və ya PSA analizi kişilərə tövsiyə edirlər. Lakin analiz çox vaxt düzgün diaqnoz qoymur və ya diaqnoz qoyulan xərçən yavaş inkişaf etdiyi üçün onun müalicəsinə ehtiyac hiss olunmur.

İnsanların ən yaxın dostunun köməyilə prostat xərçəngi tezliklə daha dəqiq müəyyən olunacaq.

Dr Klaire: "İtlərin şox güclü iy hiss etmə orqanı var. üç yüz miliyon sensor reseptora malikdirlər. İnsanlarda isə bu beş miliyondur. Beləliklə onlar iy hiss etmədə çox çox həssasdırlar."

Prostat xərçəng hüceyrələri ikiyə ayrılır. Onlar itlərin iyləyə biləcəyi xüsusi təbii madə ifraz edir. Britaniyada yerləşən Milton Keynes Universitetinin xəstəxanasında aparılan ilkin sınaq nəticəsində itlər xəstəliyi tapmaqda 93 faiz müvəffəqiyyət əldə ediblər.

Dəqiqliklə yanaşı, itlərin köməyi ilə xəstəliyi müəyyən etmək həm tez, həm də laboratoryadan daha ucuz başa gəlir.

Dr Klaire: "Bu itlər bir gün içərisində yüzlərlə nümunəni nəzərdən keçirə bilərlər. Bu onlar üçün çox asandır. Onlar bu işi sevirlər. Onlar üçün xərçəngi tapmaq ovlama oyunudur."

İti oturtmaq, hürməyi öyrətmək və ya xərçəng hüceyrəsi olan nümunəni tapmaq altı ay vaxt tələb edir.

Tədqiqatçılar deyir ki, əgər itlərin prostat xərçəngini tapmaqda etibarlı detektor olduqları təsdiq olunarsa, onlara digər xəstəlikləri iyləyib tapmaq üçün təlim keçirilməyə çalışılacaq. Lakin onlar qəbul edirlər ki, hər həkimin ofisində itin saxlanması əlverişli hesab edilmir.

Rovena Fletçer: "Nəticə olaraq biz itlərin təmin etdiyi məlumatdan yararlanaraq elektronik burun inkişaf etdirməyi ümid edirik."

Belə bir texnologiyanın inkişaf etdirilməsi üçün uzun müddət lazım olacaq. Çünki hazırda olan elektronik iyləmə cihazları itlərin iy hiss etmələrindən çox geri qalır.

XS
SM
MD
LG