Accessibility links

2015-ci ilin şüarı:“Xərçəng: Sizdən uzaqda deyil”


Centar za rak na univerzitetu Džons Hopkins u Baltimoru

Centar za rak na univerzitetu Džons Hopkins u Baltimoru

Fevralın 4-də Ümumdünya Xərçəng Xəstəliklərinə Qarşı Mübarizə Günü kimi qeyd olunur.

Turan Agentliyi Azərbaycanda xərçəng xəstələri ilə bağlı məqalə dərc edib. Məqaləni təqdim edirik:

Beynəlxalq Xərçəng Əleyhinə İttifaq(International Union Against Cancer, UICC) tərəfindən təşkil edilən bu tədbir 2005-ci ildən qeyd olunur. Məqsəd ictimaiyyətin diqqətini bu qlobal problemə yönəltmək, onkoloji xəstəliklərin nə qədər təhlükəli olduğunu və geniş yayıldığını xatırlatmaqdır.

2008-ci ildən başlayaraq hər il günün loqotipi bir mövsu ilə müəyyən edilir. 2015-ci ildə bu tədbir “Xərçəng: Sizdən uzaqda deyil” adlanır.

2014-cü ilin əvvəlində Azərbaycanda müalicə-profilaktika müəssisələrində bədxassəli şiş xəstəliyindən əziyyət çəkən 34 681 qeydiyyata durub. “Azadlıq” radiosu qeyd edir. Bu 2012-ci ildə olduğundan 7,4% çoxdur”, - Dövlət Statistika Komitəsinin “2013-cü ildə səhiyyə, sosial təminat və mənzil şəraiti haqqında” hesabatında deyilir.

Hələlik 2014-cü il üçün rəsmi statistika təqdim olunmayıb.

2013-cü ildə 9064 nəfərə xərçəng xəstəliyi diaqnozu qoyulub.

2009-cu ildən 2013-cü ilədək bu rəqəm 41 547 nəfərə çatıb. Statistik məlumatlara görə, Azərbaycanda hər 100 000 nəfərə 370,6 xərçəng xəstəsi düşür. Xərçəng xəstəliyinin ən geniş yayılmış forması süd vəzisi, ağ ciyər, nəfəs yolları və mədə xərçəngidir.

Xəstəlik əhali arasında sürətlə yayılır. Onu qeyd etmək yetər ki, 2000-ci ildə bu diaqnoz 4 800 xəstəyə qoyulub.

Azərbaycanda xərçəng xəstəliyinə qarşı milli mübarizə üzrə Dövlət Proqramı fəaliyyət göstərir.

Onkoloji xəstələrin əsas dərman preparatları ilə təmin edilməsi üzrə tədbirlər proqramınım maliyyələşdirilməsi üçün təkcə 2013-cü ildə dövlət büdcəsindən 25,2 mln. manat xərclənib. Bu il maliyyələşdirmənin həcmi 13,8 mln. manat və ya55,2% artıb. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir, “Azadlıq” radiosu qeyd edir.

Onkoloji xəstəlik bütün hallarda faciədir. Lakin xərçəng şişi aşkar edildikdə ilkin mərhələdə onu uğurla müalicə etmək olur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, onkoloji xəstələrin təxminən 70%-nə şüa terapiyası lazımdır. Orta hesabla pasientlərin yalnız 30%-i şüa terapiyası alır.

XS
SM
MD
LG