Accessibility links

Aytən Fərhadova: Azərbaycanda döş xərçəngi barədə maarifləndirmə mövcud deyil


Aytən Fərhadova

Aytən Fərhadova

Hər il keçirilən kampaniyalar döş xərçəngi xəstəliyi ilə bağlı xəbərdarlıq və maarifləndirmə mahiyyəti daşıyır. Azərbaycanda vəziyyət nə yerdədir?

Araşdırmaçı jurnalist Aytən Fərhadova Azərbaycanda ümumiyyətlə maarifləndirmə hərəkatının mövcud olmadığını deyir. O, Milli İnkologiya Mərkəzinin fəaliyyətlərinin səthi olduğundan şikayətlənir. Jurnalist tibbi sığorta olmadığı üçün xəstələrə güzəştlə yanaşılmalı olduğunun vacibliyini vurğulayır.

Oktybar ayı dünyanın bir sıra ölkələrində döş xərçəngi xəstələrinə dəstək aksiyaları, maliyyə vəsaiti toplanışı, lobbiçilik, maarifləndirmə kampaniyaları, pulsuz və ya az xərclə müayinə xidmətləri ilə müşayiət edilir. Azərbaycanda belə bir kapaniyanın başlanğıcı təmin etmək üçün nə işlər görülməsi haqda danışan Aytən Fərhadova hökumətin yardımına ehtiyac olduğunu deyir.

XS
SM
MD
LG