Accessibility links

İncəsənət terapiyası xəstələrin xərçənglə mübarizə gücünü artırır


Xərçəng diaqnozu hər zaman məyusedicidir. Xüsusilə uşaqlar üçün.

Alesya Allen Rusiyadan Amerikaya köçdüyü gündən bu xəstəliklə mübarizədədir. Artıq kimya terapiyasını bitirsə də, o, yoxlanış üçün Corctaun xəstəxanasına tez-tez müraciət edir. “Buradan xoşum gəlir.”

İncəsənət terapiyası
please wait

No media source currently available

0:00 0:02:56 0:00


Onun atası Larri Allenin dediyinə görə, indi daim gülümsəməsinə baxmayaraq, o ilk dəfə buraya gəldikdə çox qorxmuşdu. Belə ki, buna səbəb Rusiyadakı təcrübəsi olmuşdu. “Rusiyada onu xəstəliyə görə günahlandırırdılar. İlk dəfə 6 ay əvvəl buraya gəldikdə buradakı terapiya onu sakitləşdirdi. Buna Treysi yardım etdi.”


Treysi “Treysinin uşaqları” adlı təşkilatın təsisçisidir. “Qorxulu yerlərdə incəsənət rahatladıcı təsirə malik olur.”


Klinikada incəsənət əsərləri xəstələrin gözünə dəyən ilk şeydir. Rəsm və əl işləri ilə yanaşı qorxulu işlər də nümayiş etdirilir. “Burda gördüyünüz şeytanlar qəzəb simvoludur.”


Akil Carpenter aplastic anemiyası üçün qan köçürülməsi zamanı part tikintisi ilə məşğuldur. “Bu limandır. Sinəm üstə liman.”


Dizayna uşaqların fantaziyası yardım edir.


Bu prosesdən keçən uşaqlar həqiqətən bir dünya qurduqlarına inanırlar. Bu, xəyal gücü və yaradıcılıq tələb edir. Beləliklə onlar xəstəxanada deyil, başqa bir yerdə olduqlarını təsəvvür edirlər.


İncəsənət terapiyası xəstələrin həyat keyfiyyətini yüksəldir. Onlarda xəstəliklə mübarizə gücünü artırır.

XS
SM
MD
LG