Accessibility links

Hüquq müdafiəçiləri aprelin 4-də Təbriz Mərkəzi Zindanında asılaraq edam edilən bir məhkumun ruhi xəstə olduğuna dair məlumat yayıb.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinin bildirdiyinə görə, zindanın həyətində asılan Mürvət Abbasi qətl ittihamı ilə mühakimə edilmişdi və 4 ildir Təbriz zindanında saxlanılırdı.

HRA ona rəsmi qurumlar tərəfindən də ruhi xəstə diaqnozu qoyulduğunu yazıb.

“Mürvət Abbasi qətlə təşəbbüs etmədən öncə psixi problemlər yaşadığı üçün ona ruhi xəstə diaqnozu qoyulmuş və əsgərlikdən azad edilmişdi,” deyə agentliyin xəbərində deyilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG