Accessibility links

Xəzər dənizində naməlum kişi meyiti tapılıb


Dənizdə axtarış

Xəzər dənizində naməlum kişi meyiti tapılıb.

Bu barədə «Azneft» İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar yaradılan Qərargah bu gün, martın 20-si məlumat yayıb.

Məlumatda qeyd edilir ki, tapılan meyitin «Azneft» İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir.

Qərargahın xəbərinə görə, meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

2016-cı il dekabrın 15-də səhər saatlarında N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakadanın bir hissəsinin və onun üzərindəki budkanın dənizə uçması ilə 10 nəfər neftçi dənizə düşüb. Onlardan birinin meyiti həmin gün tapılaraq ailəsinə təhvil verilib. 9 neftçinin itkin düşdüyü açıqlanıb. Daha sonra isə 4 neftçinin meyiti aşkar edilərək sahiblərinə verilib. Qalan neftçilər hələ də rəsmən itkin sayılır.

XS
SM
MD
LG