Accessibility links

İlk dəfə Xəzərdə Azərbaycan və Rusiya gəmilərinin təlimi keçiriləcək


Təlimdə 10-a yaxın gəmi iştirak edəcək.

İlk dəfə Xəzər dənizində Azərbaycan və Rusiya gəmilərinin birgə təlimi keçiriləcək. Təlimdə 10-a yaxın gəmi iştirak edəcək.

Bu barədə RİA Novosti Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda deyilir: “Məsləhətləşmələr zamanı hərbi nümayəndə heyətinin üzvləri 2015-ci ilin sentyabrda Xəzər dənizinin mərkəzi hissəsində “Xəzər dənizində iqtisadi obyektlərin mühafizəsi üzrə birgə əməliyyatlar” mövzusunda təlim keçirmək barədə razılığa gəliblər".

Təlimlər zamanı hərbçilər Xəzər flotiliyası və Azərbaycanın gəmilərinin qarşılıqlı fəaliyyəti, Xəzər dənizində gəmiçilik və beynəlxalq dəniz fəaliyyətinin təmin edilməsi, dəniz və hava hədəflərinə birgə artilleriya zərbələrinin həyata keçirilməsi, qəza vəziyyətində olan gəmiyə yardım edilməsi və digər birgə gəmi təlimi məsələlərini öyrənəcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG