Accessibility links

Türkmənistan Beynəlxalq Arbitraja müraciət edəcəyini Bakıya bildirməyib


Xəzərin statusu

Xəzərin statusu

Azərbaycan Xəzərin bölünməsinin orta xətt prinsipi əsasında həllinin tərəfdarıdır. Azərbaycan, Qazaxıstan və Rusiya məhz bu prinsip əsasında öz aralarında Xəzəri sektorlara bölüb.

Türkmənistan “Kəpəz” yatağı ilə bağlı məsələyə Beynəlxalq Arbitrajda baxılması haqqında Azərbaycana heç bir rəsmi müraciət irəli sürməyib. Bu barədə iyunun 9-da jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
O qeyd edib ki, Türkmənistanın bu mövzunu beynəlxalq arbitraja çıxarmaq niyyəti Türkmənistan rəsmilərinin mətbuata bəyanatlarından aydın olub. Lakin Aşxabaddan Bakıya rəsmi nota göndərilməyib.
Cənab Məmmədyarovun sözlərinə görə, Azərbaycan problemin orta xətt prinsipi əsasında həllinin tərəfdarıdır. Azərbaycan, Qazaxıstan və Rusiya məhz bu prinsip əsasında öz aralarında Xəzəri sektorlara bölüb.
Nazir bu prinsip əsasında Azərbaycan və Türkmənistan, habelə Azərbaycan və İran arasında da sektorların bölünməsi məsələlərinin həll olunacağına ümid etdiyini bildirib.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov isə bildirib ki, Xəzərin statusu ilə bağlı beştərəfli formatda növbəti danışıqlar sentyabra kimi Aşqabadda keçiriləcək.
"Xəzərin statusu ilə bağlı danışıqların potensialı hələ tükənməyib və məsələnin həll edilməsi üçün bu potensialdan istifadə ediləcək", - deyə o vurğulayıb.
XS
SM
MD
LG