Accessibility links

Azərbaycan Qazaxıstana dəniz yolu ilə daşımaların tariflərini 20 faiz endirib


Xəzər, Qara və Aralıq dənizləri hövzəsi

Xəzər, Qara və Aralıq dənizləri hövzəsi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq edib. Bu barədə Trend agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, yeni tarif sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Aktau və ya Aktau-Bakı) daşınması üçün 1,200 ABŞ dolları məbləğində müəyyənləşdirilir. Geri dönüş üçün bilet öncədən alındığı halda, bu tarif hər iki istiqamətə bir qədər də aşağı, cəmi 2,100 ABŞ dolları təşkil edəcək.

Xatırladaq ki, Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasının ardınca Moskva Ankaraya qarşı iqtisadi cəza tədbirlərindən biri olaraq türk TIR-larına -beynəlxalq yükdaşımalarla məşğul olan ağır tonnajlı yük avtomobillərinə qapılarını bağlayıb.

Virtualaz.org saytının xəbər verir ki, Gürcüstandan keçib Rusiyaya hərəkət edən Türkiyə TIR-ları sərhəd qapılarının onların üzlərinə bağlanmasından sonra Azərbaycana üz tutub və prezident İlham Əliyev Rusiyanın Türkiyə TIR-larına qapıları bağlamasından sonra türk yükdaşıyanların Azərbaycan üzərindən keçidini asanlaşdırmaq barədə təlimat verib.

Türkiyə mətbuatının yazdığına görə, Orta Asya respublikalarına yük daşıyan türk TIR-larının Rusiyadan keçməsi əngəllənəndən sonra İlham Əliyev ölkənin gömrük xidmətinə bu TIR-ların Azərbaycan üzərindən maneəsiz keçidinə şərait yaratmaq üçün təlimat verib.

XS
SM
MD
LG