Accessibility links

“Biz gördük ki, Xəzər sammitinin birgə bəyanatı bu regionda başqa ölkələrin silahlı qüvvələrinin iştirakına yol vermir. Biz Azərbaycanla təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində, NATO çərçivəsində sıx əməkdaşlığı dəstəkləyirik. Biz güman etmirik ki, Xəzər ölkələri prezidentlərinin bəyanatı bu əməkdaşlığa dəyişiklik etsin”, ABŞ Dövlət Departamentinin mətbuat katibi Ceyn Psaki Vaşinqtonda jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Əvvəllər planlaşdırıldığı kimi, ABŞ Azərbaycanda gəmi inşa edəcəkmi” sualının cavabında Psaki deyib: “Bizim Xəzərdə hərbi iştirakımız yoxdur və bu, planlaşdırılmır”.

Eyni zamanda o, Azərbaycanda hərbi müşavirlərin olması ilə bağlı sualı müsbət cavablandırıb.

XS
SM
MD
LG