Accessibility links

Rusiya və Azərbaycan Xəzərin statusuna dair ikitərəfli məsləhətləşmə aparıb


Xəzər dənizi
Xəzər dənizi

Tərəflər Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsinin müddəalarını müzakirə edib

Rusiya Xarici İşlər Nazirliyində Azərbaycanla Rusiya arasında Xəzərin hüquqi statusuna dair ikitərəfli məsləhətləşmələr aparılıb.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanı prezidentin xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov təmsil edib.

Tərəflər Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsinin müddəalarını, 2010-cu ilin noyabrında Bakıda keçirilmiş Xəzəryanı dövlət başçılarının sammitində qəbul olunmuş protokolun qərarlarının icrası ilə bağlı mühüm məqamları müzakirə edib, qarşıdakı sammitlə bağlı fikir mübadiləsi aparıb.

X.Xələfov həmçinin Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə də görüşüb. Söhbət zamanı ikitərəfli münasibətlərə dair aktual məsələlər, iki ölkənin beynəlxalq arenada əməkdaşlığı müzakirə olunub.

2010-cu ildə Bakıda keçirilmiş üçüncü Xəzər sammitinin qərarlarının reallaşmasının gedişinə baxılarkən Aşqabadda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun növbəti iclasının çağırılmasının vacibliyi qeyd olunub.

Xəzər dənizinin statusu Sovet İttifaqı və İran arasında 1921 və 1940-cı illər müqaviləsi ilə tənzimlənib. SSRİ dağıldıqdan sonra yeni hüquqi statusun müəyyən olunması üçün danışıqlar prosesi başlayıb. Bu danışıqlar indiyədək davam edir. Bəzi ölkələr ikitərəfli sazişlər bağlayıb. Belə ki, 2000-ci ilin əvvəllərində Rusiya, Azərbaycan və Qazaxıstan dənizin dibinin həmsərhəd sahələrinin bölünməsi üzrə xətti öz aralarında razılaşdırıb.

Öz növbəsində İran dənizin bərabər hissəyə (hər tərəfə 20%) bölünməsini təklif edir. Türkmənistan isə “Kəpəz” yatağı ilə bağlı Azərbaycana iddia irəli sürüb.

Yekunda davamlı danışıqlar hələlik nəticə vermir.

Eyni zamanda sahilyanı dövlətlər ətraf mühitin qorunması və Xəzərdə təhlükəsizlik üzrə sazişlər imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG