Accessibility links

Xəzəryanı ölkələrin xarici işlər nazirləri görüşəcək


Xəzər dənizi
Xəzər dənizi

İyulun 12-13-də Astanada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Xəzərin hüquqi statusu ilə bağlı görüşü olacaq. Bu barədə iyulun 7-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Görüşdə dənizin hüquqi statusunun müəyyən olunması sahəsində Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyəti müzakirə olunacaq. Bundan öncə beş Xəzəryanı ölkənin prezidentinin qəbul etdiyi qərarların icrasına yekun vurulacaq.

Qeyd edək ki, tərəflərin bu məsələ üzrə mövqeyini 25 ildir ki, razılaşdırmaq mümkün deyil.

Rusiya, Azərbaycan və Qazaxstan dənizin dibinin orta xətt üzrə bölünməsi və su səthinin ümumi istifadəsi barədə razılığa gəliblər. İran və Aşqabad Bakının orta xəttin necə müəyyən edilməsi ilə bağlı təklifləri ilə razı deyil.

İran dəniz sektorunun 20%-nin ona verilməsinə təkid edir, halbuki, sahil xətti cəmi 13% təşkil edir.

Xəzəryanı dövlət başçılarının çoxsaylı görüşləri hələ ki bu ziddiyyəti aradan qaldıra bilməyib.

XS
SM
MD
LG