Accessibility links

İran Xəzərdə yeni eskadra mina gəmisini istifadəyə verib


"Camaran 2" eskadra mina tral gəmisi
"Camaran 2" eskadra mina tral gəmisi

"Camaran" suyun üzərində, altında və havada yerləşən hədəflərlə döyüşmək qabiliyyətinə malikdir

İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) istehsalı olan "Camaran 2" eskadra mina tral gəmisi martın 17-də Xəzər dənizində HDQ-nin istifadəsinə verilib.

"Camaran 2" eskadra mina tral gəmisinin Xəzərdə istifadəyə verilməsi mərasimində İran prezidenti Mahmud Əhmədinejad, İranın müdafiə naziri Əhməd Vəhidi və Silahlı Qüvvələrin baş qərargah rəisi Həsən Firuzabadi iştirak ediblər. Bu barədə Trend agentliyi məlumat yayıb.

"Camaran 2" eskadra mina tral gəmisi inkişaf etdirilmiş texnologiyalarla təchiz olunub. "Camaran 1" eskadra mina tral gəmisi ilk dəfə 2010-cu ilin fevral ayında Fars körfəzi sahillərində İran HDQ-sinin istifadəsinə verilib.

"Camaran" gəmisi İran mütəxəssisləri tərəfindən hazırlanıb və istehsal edilib.

"Camaran" suyun üzərində, altında və havada yerləşən hədəflərlə döyüşmək qabiliyyətinə malikdir. Bundan əlavə, gəminin göyərtəsində helikopter yerləşdirmək mümkündür. Gəmi "elektron müharibədə" də istifadə oluna bilər.

İran KİV-nin məlumatına görə, "Camaran 2" eskadra mina tral gəmisində yeni nəsil texnologiyalardan istifadə olunub. Yeni gəmi "Camaran 1" gəmisinin inkişaf etdirilmiş formasıdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG