Accessibility links

Bakı yaxınlığında Xəzər dənizində Rusiya gəmisinin mühərrikində nasazlıq yaranıb


Xəzər dənizində qəza

Xəzər dənizində qəza

Noyabrın 28-də yerli vaxtla saat 6.15-də Xəzər dənizində Azərbaycan ərazisində Çilov adası yaxınlığında (Abşeron yarımadasından 11 kilometr cənub) Rusiyaya məxsus quru yük gəmisinin mühərrikində texniki nasazlıq yaranıb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Qoryaçi” qəza-xilasetmə gəmisi hadisə yerinə cəlb olunub.

Hazırda gəminin durumu ilə bağlı məlumat verilmir.
XS
SM
MD
LG