Accessibility links

Amerika səfiri Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşüb


Səfir Riçard Morninqstar Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubuna üzv şirkətlərin nümayəndələri ilə görüşüb
Səfir Riçard Morninqstar Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubuna üzv şirkətlərin nümayəndələri ilə görüşüb

Riçard Morninqstar Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına üzv olmasını vacib sayır

Ümumdünya Ticarət Təşkilatına üzv olmaq vacibdir. Bu təşkilata üzvlük Azərbaycana fayda verəcək.

APA agentliyinin xəbərinə görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubuna üzv şirkətlərin nümayəndələri ilə keçirilən görüşdə deyib.

O bildirib ki, Ümumdünya Ticarət Təşkilatı iqtisadi islahatlar üçün yaxşı vasitədir və iqtisadiyyatın inkişafına şərait yaradacaq. “Bu qurum hələ də güclü təşkilatdır və 159 üzv dövlətin iqtisadi yüksəlişinə kömək edir”.

Səfir qeyd edib ki, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması dövlətlər və özəl şirkətlər arasında uzun danışıqların nəticəsidir. “Bu layihə Azərbaycan üçün çox şey deməkdir”.

Onun sözlərinə görə, Azərbaycan indi dünya bazarına təkcə neft yox, həm də qaz çıxaran dövlət olacaq, bu isə ölkənin suverenliyi və müstəqilliyi üçün vacibdir. “Hər ölkə həm iqtisadi, həm də siyasi baxımdan hansı yolla gedəcəyinə dair öz seçimini etmək imkanına malik olmalıdır”.

R.Morninqstar deyib ki, təbii ehtiyatlar Azərbaycanın öz iqtisadiyyatını tədricən diversifikasiya etməsinə, digər sahələri inkişaf etdirməsinə kömək edir. O, Azərbaycanı hüquqi institutları möhkəmləndirməyi davam etməyə, daxili investisiyaları artırmağa, orta və kiçik biznesi inkişaf etdirməyə çağırıb. “İyirmi illik müstəqillik tarixində ölkədə ciddi şəkildə inkişaf müşahidə olunub. Mən 1995-ci ildə Bakıya gəlmişdim, o vaxtdan bəri heyrətamiz dəyişikliklər baş verib. Lakin bu dəyişikliklər davam etməlidir. Xoşbəxtlikdən, ehtiyatlar həm dövlətə, həm də özəl sektora bu imkanı verir. Azərbaycanın daha önəmli ölkəyə çevrilmək üçün imkanları var”.

Görüşün yekununda səfirə klubun fəxri üzvlük sertifikatı verilib.
Riçard Motninqstar jurnalistlərin sualının cavabında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin ən yaxşı şansı prezidentlərin görüşlərini davam etdirməsi və problemin konkret həlli yollarını müzakirə etməsidir.

Azərbaycan və Ermənistan prezidentlərinin noyabrda Vyanada keçirilən görüşünü alqışlayan səfir bildirib ki, bu, çox yaxşı və konstruktiv görüş olub. “ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi nizamlanma prosesində vasitəçilik səylərini davam etdirməlidir. Real sıçrayışın nə vaxt baş verəcəyini demək çətindir. Amma düşünürəm ki, prezidentlərin görüşü pozitiv faktdır”.

O Ukraynada baş verən hadisələrin digər ölkələrə necə təsir göstərəcəyi haqda sualı belə cavablandırıb. “Əlbəttə, nəsə demək çətindir. Əgər Azərbaycandan söhbət gedirsə, bizim mövqeyimiz belədir - Azərbaycan suveren və müstəqil ölkədir və kənardan hansısa ölkənin təzyiqi olmadan nə etmək, hansı istiqamətdə hərəkət etmək barədə qərarları özü verir”, səfir qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG