Accessibility links

Xəzəryanı ölkələr arasında Memorandum imzalanıb


Xəzər dənizi
Xəzər dənizi

Sənəd limanlarda gəmilərin təmiri və onlara müxtəlif texniki xidmətlərin göstərilməsi, informasiya mübadiləsini nəzərdə tutur

Noyabrın 15-də Qazaxıstanın Aktau şəhərində Xəzər sahilində yerləşən 5 ölkənin nümayəndələrinin iştirakı ilə iclas keçirilib. APA agentliyinin məlumatına görə, bu barədə İranın Gəmiçilik və Liman Təşkilatının sədri Möhsün Sadiqi açıqlama verib.

O bildirib ki, yığıncağa İran, Rusiya, Türkmənistan, Azərbaycan və Qazaxıstan təmsilçiləri qatılıb.

İclasda Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi, dəniz nəqliyyatının inkişafı, dəniz nəqliyyatının ekologiyaya mənfi təsirləri, gəmiçilik zonalarının inkişaf etdirilməsi və limanların modernləşdirilməsi kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda yığıncaqda limanlarda gəmilərin təmiri və onlara müxtəlif texniki xidmətlərin göstərilməsi, informasiya mübadiləsi ilə bağlı Memorandum imzalanıb.

Toplantının sonunda növbəti iclasın 2013-cü ildə Bakı şəhərində keçirilməsi qərara alınıb.
XS
SM
MD
LG