Accessibility links

E. Wayne Merry: Azərbaycanın ABŞ üçün strateji əhəmiyyəti azalır [Video]


E. Wayne Merry: Azərbaycanın ABŞ üçün əhəmiyyəti azalır
please wait

No media source currently available

0:00 0:09:23 0:00

Amerika Xarici Siyasət Şurasının Avropa və Avrasiya üzrə aparıcı tədqiqatçısı E. Wayne Merry Amerikanın Səsinə müsahibədə ABŞ-Azərbaycan münasibətləri, Azərbaycandakı repressiyaları və Dağlıq Qarabağda hərbi gərginlikləri müzakirə edib. O, hesab etdiyini bildirib ki, ABŞ üçün Azərbaycanın strateji əhəmiyyəti azalmaqdadır və rəsmi Bakı münasibətləri gücləndirməkdə o qədər də maraqlı görünmür.

Amerikanın Səsi: Azərbaycanda vətəndaş cəmiyyətinə, ABŞ-ın maliyyələşdirdiyi təsisatlara basqılar, insan haqları fəalları və jurnalistlərin həbsi fonunda ABŞ-la Azərbaycan arasında gərginliklər artıb. Bəzi müşahidəçilər baş verənləri Azərbaycanın Rusiyaya orientasiya alması ilə izah edirlər. Siz Azərbaycandakı daxili durumla geosiyasi mənzərə arasında bağlılıq görürsünüzmü?

E. Wayne Merry: Mənim üçün kənardan Bakıda siyasəti müəyyən edənlərin motivlərini səciyyələndirmək çətindir. Amma o həqiqətdir ki, son aylarda Azərbaycan hökuməti artan dinamika ilə Amerika heysiyyatlarına minimum dəyər verməkdən imtina edir və elə əməllərə əl atır ki, bunlar təkcə ABŞ hökumətini, Prezident Obamanı deyil, Konqresdəki mühüm adamları

Son aylarda Azərbaycan hökuməti artan dinamika ilə Amerika heysiyyatlarına minimum dəyər verməkdən imtina edir və elə əməllərə əl atır ki, bunlar təkcə ABŞ hökumətini, Prezident Obamanı deyil, Konqresdəki mühüm adamları qıcıqlandırır.

qıcıqlandırır. Ola bilsin Bakıdakılara bu, önəmli görünməsin, çünki onlara daim Azərbaycanın necə mühüm olduğu və s. deyilir. ABŞ kimi böyük qüdrətlər üçünsə bu cür narazılıqlar üst-üstə toplanır və hansısa məqamda haqq-hesab çəkmək vaxtı yetişir. ABŞ Azərbaycana Əfqanıstana gedən yolda şimal paylaşma şəbəkəsinin tranzit nöqtəsi kimi əhəmiyyət verir. Amma Amerikanın Əfqanıstandakı rolu azaldıqca, Azərbaycanın da rolu azalır. ABŞ-la Rusiya arasında artan gərginliklər fonunda Qara Dəniz, Qafqaz və Xəzər regonunda baş verənlərin əhəmiyyəti də arxa plana keçir. Zənnimcə gün gələcək ki, Azərbaycan ABŞ üçün əhəmiyyətinin hazırda düşündüyündən az olduğunu görə bilər.

Amerikanın Səsi: Güman etmək olardı ki, Rusiyanın Ukraynaya təcavüzü fonunda Azərbaycan Qərblə daha sıx münasibətlər qurmağa can atar, ölkə daxilində basqıları azaldardı. Amma biz bunu müşahidə etmirik. Sizcə Azərbaycan hökuməti Qərbdən, yaxud ABŞ-dan daha çox çəkinir, nəinki son illərdə iki qonşusuna hərbi müdaxilə etmiş Rusiyadan?

E. Wayne Merry: İki düşüncəni paylaşmaq istəyirəm: Birincisi, son illərdə Azərbaycanda müaxifətə, söz azadlığına və başqa azadlıqlara basqılarla

Bakıda belə bir hiss var ki, Ermənistan Moskvadan o qədər asılıdır ki, Bakıya Qərblə kompromisə getməyə, Vaşinqtonuin rəğbətini qazanmaq üçün Yerevanla rəqabət aparmağa ehtiyac yoxdur.

xarici siyasət arasında az qala heç bir bağlılıq görməmişik. Rəsmi Bakı xariclə münasibətləri ilə daxildəki əməlləri arasında əlaqə görmür. İkincisi budur ki, Bakıda belə bir hiss var ki, Ermənistan Moskvadan o qədər asılıdır ki, Bakıya Qərblə kompromisə getməyə, Vaşinqtonuin rəğbətini qazanmaq üçün Yerevanla rəqabət aparmağa ehtiyac yoxdur. Bu baxımdan Azərbaycan hökuməti Qarabağ məsələsində əvvəlkindən daha sərbəst olduğuna inanır. Belə ki, Qərb Ermənistanın tamamilə Rusiya orbitində olduğu qənaətindədir.

Amerikanın Səsi: Prezident Obamanın hakimiyyət dönəminin bitməsinə cəmi iki il qalır. ABŞ-ın bu müddət ərzində post-Sovet məkanı, konkret Azərbaycan siyasətini necə görürsünüz?

Azərbaycanda ABŞ-ın maliyyələşdirdiyi təşkilatlara basqılar ölkənin orientasiyasını dəyişdiyi haqda qənaətlərə yol açıb.
Azərbaycanda ABŞ-ın maliyyələşdirdiyi təşkilatlara basqılar ölkənin orientasiyasını dəyişdiyi haqda qənaətlərə yol açıb.

E. Wayne Merry: Əvvəla onu qeyd edim ki, post-Sovet məkanında, ələlxüsus Qafqazda son 4 Amerika adminstrasiyasının yürütdüyü siyasətdə böyük davamlılıq var. Ata Buş, iki Klinton, iki oğul Buş, iki Obama dönəmlərində siyasətdə büsbütün davamlılıq müşahidə etmişik. Kimin prezident olmasından asılı olmayaraq bu davamlılıq yəqin ki, Obama administrasiyasından sonra da qalacaq. Bu məsələnin Amerikanın daxili siyasətinə bağlı olması anlayışı səhvdir. Qafqazla məşğul olan adamların tərcümeyi-hallarına baxsanız, görərsiniz ki, onların daxili siyasətlə əlaqəsi yoxdur. Diplomatik korpusda, Pentaqonda xidmət edən adamlar firqəçilikdən uzaq olur. Ağ Evdə isər Respublikaçı istərsə də Demokratın oturmasından asılı olmayaraq, bunlar eyni sifətlərdir. Hesab edirəm ki, Obama adminsitrasiyasının son iki ilində başlıca amil Əfqanıstandakı hərbi mövcudluğun azaldılması olacaq. Bu, o deməkdir ki, Azərbaycanın da rolu azalacaq. Beynəlxalq enerji bazarları da kəskin dəyişib. ABŞ-ın iri neft hasilatçısına çevrilməsi ilə neftin qiyməti də düşüb. Bu, o deməkdir ki, regional enerji təchizatçılarının rolu da Amerika geosiyasi hesablaşmalarında elə də önəmli rol oynamayacaq. O şeylər ki, 10-12 il əvvəl, 11 sentyabr hadisələrindən sonra Azərbaycanı Vaşinqton üçün mühüm etmişdi – təhlükəsizlik və enerji – indi hər iki məsələdə Amerikanın nəzərləri Qafqazdan və Azərbaycandan çevrilir.

Amerikanın Səsi: Son günlərdə Ermənistan və Azərbaycan qüvvələri arasındakı təmas xəttində zorakılıqlar vüsət alıb. Siz müharibənin baş qaldırmasından narahatsınızmı?

E. Wayne Merry: Hal-hazırda müharibə riskini böyük görmürəm. Amma narahatedici bir neçə faktor var. Qarabağ müharibəsində atəşkəs əldə olunandan bəri son 20 ildə müharibə baş verməyib. Amma zorakılqılar mütəmadi və daha ölümcül hal alıb. Söhbət təkcə Qarabağdakı təmas

Azərbaycanla Ermənistan arasında baş verə biləcək münaqişə çox təhlükəli qonşuluqda cərəyan edəcək. Siyasi liderlər çalışmalıdırlar ki, zorakılıqlar lokal və minimal səviyyədə qalsın.

xəttindən yox, həm də Ermənistan-Azərbaycan sərhədindən və Naxçıvanla sərhəddən gedir. Söhbət Ermənistanla Azərbaycan arasında mümkün münaqişədən gedir. İki respublika arasında nəhəng silah yarışı gedir. Müharibə eskalasiya etsə son dərəcə zorakı xarakter ala və nəzarətdən çıxa bilər. Nəhayət geosiyasi situasiyadakı dəyişiklik də narahatlıq doğurur. Prezident İlham Əliyev Rusiyanın Krımdakı hərəkətlərinə baxıb hesab edə bilər ki o, da Putin kimi hərbi əməliyyatlara start verə bilər. Bu, çox yanlış qərar olardı. Azərbaycanla Ermənistan arasında baş verə biləcək münaqişə çox təhlükəli qonşuluqda cərəyan edəcək. Siyasi liderlər çalışmalıdırlar ki, zorakılıqlar lokal və minimal səviyyədə qalsın. Çünki hadisələr siyasi liderlərin istəmədikləri bir şəkildə nəzarətdən çıxa bilər.

Amerikanın Səsi: Biz Azərbaycanın Qərb üçün mühümlüyü haqda eşidirik. Bəs, Qərb Azərbaycan üçün mühümdürmü?

E. Wayne Merry: Təssüf ki, azalan şəkildə. Bu, onun nəticəsidir ki, Azərbaycana son illərdə axan pullar iri miqyasda korrupsiya və korroziyaya

Azərbaycan özünü qlobal miqyasda olduqca mühüm oyunçu hesab edir. Halbuki, Qərbin və ABŞ-ın prioritetlərində o, bu önəmi daşımır.

yol açıb. İkincisi, İlham Əliyevdən əlavə siyasi elita getdikcə yalnız içəriyə doğru baxır və ətraf dünya haqda təsəvvürü itirib. Nəhayət, Azərbaycan özünü qlobal miqyasda olduqca mühüm oyunçu hesab edir. Halbuki, Qərbin və ABŞ-ın prioritetlərində o, bu önəmi daşımır. ABŞ Azərbaycana izah etməlidir ki, 5-10 il əvvəllə müqayisədə Amerika prioritetləridnə Azərbaycanın rolu elə də böyük deyil. Dəyişən enerji bazarı və Amerikanın Əfqanıstanda azalan hərbi mövcudluğu bu rolu azaldır. Tendensiya yəqin ki, davam edəcək, və Azərbaycanın əhəmiyyəti azalacaq.

Amerikanın Səsi: Azərbaycana Qərb lazımdırmı?

Azərbaycan İranla Rusiya arasında ilişib qalmış nisbətən kiçik ölkədir, və elə zaman yetişə bilər ki, onun güclü dostlara ehtiyacı ola bilər və onda məlum olacaq ki, belə bir dost yoxdur.

E. Wayne Merry: Əgər Azərbaycan neft gücünə işləyən avtoritarizm kursundan çıxmaq istəyirsə, bəli, ona Qərb lazımdır. Bu səbəbdən Qərb Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycana əl uzatmışdı. Amma əgər​ Azərbaycanın siyasi liderləri düşünürlərsə ki, onlar o qədər varlı və müstəqildirlər ki, Qərbin və Amerikanın maraqlarını nəzərə almağa ehtiyacları yoxdur, onda onlar öz yolları ilə gedə bilərlər. Amma bu, İranla Rusiya arasında ilişib qalmış nisbətən kiçik ölkədir, və elə zaman yetişə bilər ki, onun güclü dostlara ehtiyacı ola bilər və onda məlum olacaq ki, belə bir dost yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG