Accessibility links

Xəzərin hüquqi statusunda 6 bənd tam razılaşdırılıb [Video]


Xəzərin hüquqi statusunda 6 bənd tam razılaşdırılıb
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Xəzərin hüquqi statusunda 6 bənd tam razılaşdırılıb

Bununla yanaşı dəniz dibinin bölünməsi, gəmiçilik və kəmər məsələləri hələ tam razılaşdırılmayıb

Martın 4-5-də Baakıda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üçün Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclası keçirilib. İclasda bütün sahil dövlətlərinin nümayəndə heyətləri təmsil olunub.

Nümayəndə heyətləri Xəzəryanı dövlət başçılarının ötən il Həştəxanda keçirilən sammitində dövlət başçıları tərəfindən əldə edilmiş razılaşmalar ətrafında müzakirələr aparıb.

“Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair konvensiya layihəsinin 80 faizə yaxını artıq razılaşdırılıb. Bakı iclasını hüququ statusla bağlı yekun mərhələnin başlanğıcı kimi də qiymətləndirmək olar. Ümid edirik ki, əldə olunmuş razılaşmalar hüququ statusla bağlı konvensiyanın başa çatdırlması üçün əsas verəcək və yekun sənəd 2016-ci ildə dövlət başçılarının Astanada keçiriləcək sammitində qəbul edilıəcək”, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov iclasdan sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, açıq qalan bəzi maddələrin razılaşdırılması üzrə Astana sammitinədək işlər davam etdiriləcək.

Xəzəryanı dövlətlərin bayraqları
Xəzəryanı dövlətlərin bayraqları

Su səthinin bölünməsi, hüquqi rejim, bir sıra hüquqi məsələlər, bioresurlar, balıqçılıq, ümumi su səthindən istifadə, fövqəladə hallar, təhlükəsizlik, gəmiçilik, hidrometeorologiya sahələri razılaşdırlıb. Bununla yanaşı Xələfov deyib ki, bu sahələrdə razılaşdırılmamış müddəalar üzrə Astana sammitinədək müzakirələrin davam etdirilməsinə start verilib.

Müzakirələr əsasən bazis nöqtələrinin tapılması, gəmiçilik (ticarət, hərbi, elmi-tədqiqat gəmiləri) və kəmərlər məsələlərini əhatə edəcək.

“Xəzərdə dostluq, əməkdaşlıq və sabirlik davamlıdır. Biz bütün məsələləri danışıqlar yolu ilə həll edəcəyik. Sahil dövlətlərinin məsələləri müzakirələr vasitəsi ilə həll etməkdə potensialı böyükdür”, Xələvov vurğulayıb.

İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur da konvensiyanın hazırlanması üzrə Bakı iclasında müəyyən irəliləyişlərin baş verdiyini bildirib.

Onun sözlərinə görə, ötən 20 ildə aparılan danışıqlar yekun razılaşmanın əldə olunmasına münbit şərait yaradacaq.

"Konvensiya layihəsinin 6 maddəsi üzrə tam razılığa gəlmişik. Həştərxan sammitində əldə edilmiş razılaşmalar konvensiyanın yekun layihəsində əksini tapacaq".

Rəhimpur hesab edir ki, Xəzər sülh, sabitlik dənizi olaraq qalmalıdır.

"İndi regionda bir sıra böhranlar baş verir. Biz bu böhranların Xəzərə keçməsinə imkan verməməliyik. Tərəflər arasında qarşılıqlı etimad, mövcud sabitlik mühüti məsələlərin danışıqlar yolu ilə həllinə imkan yaradır".

İ.Rəhimpur İran və Azərbaycanın Xəzərlə bağlı iki tərəfli danışıqlar apardığını da diqqətə çatdırıb.

“Bakıda ikitərəfli məsələlərlə bağlı fikir mübadiləsi apardıq. İran və Azərbaycabn prezidentlərinin əldə etdiyi razılaşmanın təmin ediləcəyinə ümidlə baxırıq. Artıq mövqelərdə yaxınlaşmalar özünü biruzə verir”, Rəhimpur qeyd edib.

Rusiya nümayəndəsi İqor Bratçikov konvensiya layihəsinin bir müddəasının neft və qaz kəmərlərini əhatə etdiyini deyib.

Bu zaman Qazaxıstan nümayəndə heyətinin rəhbəri Z.Amanjolova neft-qaz kəmərləri ilə bağlı müxtəlif mövqelərin olduğunu bildirib.

”Ümid edirik ki, Astana Sammitinədək bu sahədə də razılıq əldə ediləcək”, o vurğulayıb.

İran tərəfi isə bütün sənədlərdə ekeologiya məsələlərinin önə çıxarılmasını xüsusi olaraq diqqətə çatdırıb.

İclasın sonunda kommunike qəbul olunub. Həmin sənədə görə, işçi qrupunun növbəti iclası yaxın bir iki ay ərzində Tehranda keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG