Accessibility links

Rusiyanın Xəzər Donanması avqustun 15-dən 20-dək döyüş raket gəmilərinin iştirakı ilə dənizin qərb hissəsində böyük antiterror təlimləri keçirəcək.

Təlimlərdə təminat gəmiləri cəlb edilməklə, donanmanın “Tatarıstan”, “Dağıstan” raket gəmilərindən, “Qrad Sviyajsk”, “Velikiy Ustyuq” kiçik raket gəmilərindən ibarət zərbə qüvvələrinin fəaliyyəti məşq olunacaq”, deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

Təlimlər zamanı donanma döyüş vəziyyətinə maksimum yaxın şəraitdə “ölkənin hərbi təhlükəsizliyi üçün risk yaradan, o cümlədən terror xarakterli” böhran vəziyyətlərində atılacaq addımları məşq edəcək.

2015-ci il oktyabrın 8-də adı çəkilən gəmilər Suriya ərazisinə raket zərbələrinin endirilməsi əməliyyatında iştirak ediblər. Dörd gəmidən 1500 km-dən çox məsafəyə 26 “Kalibr” raketi buraxılıb. Raketlər dənizin İran sektorundan buraxılıb.

XS
SM
MD
LG