Accessibility links

Neftin qiymətinin enməsi Xəzərdəki yeni layihələrin maliyyələşdirilməsinə təsir edir


Neft-qaz yataqları
Neft-qaz yataqları

Neftin qiymətinin enməsi şirkətlərin yeni layihələrə investiya qoymaq istəyinə də müəyyən dərəcədə təsir göstərib. Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorunda vahid blok çərçivəsində “Babək” perspektiv strukturunun və “Ümid” qaz-kondensat yatağının işlənməsi məsələsilə bağlı beynəlxalq neft-qaz şirkətlərinin təklifləri baxılmaq üçün Dövlət Neft Şirkətinə təqdim olunub.

“Odur ki, biz qərar qəbulu ilə bağlı tələsmirik. “Ümid” yatağında quyuların qazılması işləri və qaz hasilatı dayanmır. Bu yaxınlarda dördüncü quyunun qazılmasına başlamışıq”, - Rövnəq Abdullayev bildirib.

Bundan öncə o bildirib ki, Dövlət Neft Şirkəti “Ümid-Babək” blokunun birgə işlənməsi ilə bağlı 12 transmilli şirkətdən təklif gözləyir.

Bir blokun tərkibində sözügedən strukturlarda işlər mürəkkəb texniki işlənmə proqramı, sualtı işlənmə və böyük həcmdə investisiya tələb edir.

Məhz buna görə Dövlət Neft Şirkəti bu blokda işlərə tərəfdaş kimi iri şirkətləri cəlb etmək barədə qərar qəbul edib. Müqavilə forması məsələsi təkliflərdən asılı olaraq həll ediləcək. Çünki SOCAR-ın sualtı işlənmələr üçün mürəkkəb texnologiyaları yoxdur.

“Ümid” yatağında iki quyunun gündəlik debeti 1,1-1,5 mln. kubmetr qaz civarındadır. Yataqda ümumi qaz ehtiyatları 200 mlrd. kubmetr həcmində dəyərləndirilir.

SOCAR “Ümid” yatağının açıldığını 2010-cu ilin noyabrında elan edib. Lakin yataqdan hasilata 2012-ci ilin sentyabrında başlanılıb.

“Ümid” yatağı Bakının 75 km.-də, sahildən 40 km.-də yerləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG