Accessibility links

Bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə 2015-ci ilin noyabr ayında müvafiq texnika və avadanlıqlar cəlb edilməklə nazirliyin xilasetmə qurumlarının şəxsi heyətinin iştirakı ilə “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək.

Bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, komanda-qərargah təlimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində keçiriləcək.

Hazırda göstərilən ərazidə, Şıxov çimərliyinin yaxınlığında təyyarə və helikopterlərdən də istifadə edilməklə təlimə hazırlıq məşqləri keçirilir.

Öz növbəsində Xəzər dənizində Rusiya-İran birgə hərbi-dəniz təlimləri keçiriləcək.

"Fars" agentliyinin məlumatına görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin birinci dərəcəli kapitanı Əhməd Reza Bakeri bildirib. O qeyd edib ki, İran Hərbi Dəniz Qüvvələrinə məxsus 3 raket gəmisi Həştərxana yola düşüb. Gəmilərin səfəri 14 gün davam edəcək.

XS
SM
MD
LG