Accessibility links

Xəzərin hüquqi statusu müzakirə edilib


Xəzərin hüquqi statusu
Xəzərin hüquqi statusu

İyunun 8-10-da Moskva şəhərində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması ilə bağlı xüsusi işçi qrupunun xarici işlər nazirlərinin müavinləri səviyyəsində 45-ci iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

Nümayəndə heyətlərinin rəhbərləri Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda keçiriləcək yığıncağından əvvəl təşkil olunan bu toplantının önəmini vurğulayaraq Konvensiya üzərində işi tezliklə başa çatdırmağın vacibliyini qeyd ediblər.

İlkin razılığa uyğun olaraq müzakirə zamanı diqqət gəmiçilik, sahilyanı ölkələrin Xəzər akvatoriyasındakı yurisdiksiyası, dənizin dibinin ölkələr arasında bölünməsi və istifadəsi məsələlərinə diqqət yetirilib.

Nümayəndə heyətləri danışıqların yekunlarını müsbət qiymətləndiriblər.

İşçi qrupun növbəti iclası Qazaxıstanda keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG