Accessibility links

Azərbaycan XİN: Ermənistan hərbi qulluqçunun cəsədini qaytarmır


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Ermənistan tərəfinin əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq Azərbaycan hərbi qulluqçusunun nəşinin nümayişkarcasına qaytarmaqdan imtina etməsi rəsmi Yerevanın beynəlxalq humanitar hüquq, xüsusilə 1949-cu il Cenevrə konvensiyası və əlavə protokolların normalarının növbəti kobud pozulmasıdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Cəsədlərin qaytarılmasına vasitəçilik missiyasını yerinə yetirən beynəlxalq qurumlar tərəfindən Azərbaycan hərbi qulluqçusunun nəşinin Ermənistan tərəfində olması faktı təsdiqlənsə də, rəsmi Yerevanın imtinasından sonra susqunluq nümayiş etdirmələri başa düşülən hal deyildir. Onlar tərəfindən bu kimi məsələlərdə prinsipial və aydın mövqe nümayiş etdirilməlidir”, XİN sözçüsü bildirir.

Hacıyev qeyd edir ki, “rəsmi Yerevan 2 apreldən etibarən başladığı təxribat və hərbi avantüranın uğursuzluğundan sonra beynəlxalq təcrid vəziyyətində olduğunu bir daha görüb.

Odur ki, ölkədaxili və beynəlxalq ictimaiyyət qarşısında olan-qalan nüfuz və etimadını da itirən Ermənistan rəhbərliyinin addımları daha sərsəm, qeyri - müəyyən və təhlükəli xarakter alır”, mətbuat xidmətinin rəhbəri bildirir.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend agentliyinə bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) aprelin 2-dən 5-dək cəbhə xəttində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısının alınması ilə bağlı gedən döyüşlərdə ermənilər tərəfindən öldürülən azərbaycanlı hərbçinin meyitinin alınması ilə bağlı yenidən danışıqlara başlayıb.

Qurum nümayəndəsi qeyd edib ki, hazırda bu istiqamətdə danışıqlar davam etdirilir: "Beynəlxalq Qızıl Xaç Komitəsi hazırda münaqişə tərəfləri ilə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı dialoqu davam etdirir. Həmin dialoq konfedensial olduğuna görə ictimaiyyətə açıqlanmır".

Öz növbəsində, erməni tərəfi Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına münasibəıt bildirməyib. Ermənistan mediasi rəsmi mənbələrə istinadən cəbhədə durumun gərgin olduğunu yazır. Aprelin 17-də iki erməni hərbi qulluqçusunun yaralandığı bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG