Accessibility links

Azərbaycan Ukraynanın şərqində keçirilən seçkiləri tanımır


Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ukraynanın şərqində “seçkilərin” keçirilməsinə münasibət bildirib.

H. Hacıyev APA agentliyinin sualına cavabda Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini qeyd edib.

“Azərbaycan davamlı şəkildə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və bu xüsusda, bu ölkənin ərazisində mərkəzi hakimiyyətin razılığı olmadan keçirilən hər hansı “seçkiləri” tanımır”, H.Hacıyev bildirib.


XS
SM
MD
LG