Accessibility links

Bu gün prezident İlham Əliyev və digər dövlət rəhbərləri, hökumət üzvləri, parlamentin deputatları, ictimaiyyət nümayəndələri paytaxtın Xətai rayonunda Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub və həlak olanların xatirəsini yad edib.

Azərbaycanda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilir. Belə ki, fevralın 26-da Xocalı faciəsinin 19 ili tamam olur. Faciə dövlət səviyyəsində qeyd edilir. Ölkənin bütün yaşayış məntəqələrində qurbanların xatirəsi yad edilir, məscidlərdə dualar oxunur. Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində anım mərasimləri təşkil edilib, diaspor təşkilatlarının təmsilçiləri yaşadıqları ölkələrin, parlamentlərinə və hökumətlərinə müraciətlər qəbul edib.

Bu gün prezident İlham Əliyev və digər dövlət rəhbərləri, hökumət üzvləri, parlamentin deputatları, ictimaiyyət nümayəndələri paytaxtın Xətai rayonunda Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub və həlak olanların xatirəsini yad edib. Abidənin bünövrəsində həlak olanların adları həkk olunub.

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin dediyinə görə, istintaqla müəyyən edilib ki, 25 fevral 1992-ci il tarixdə, saat 22 radələrində erməni silahlı birləşmələri keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçib. Hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, top, D-30 qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunub.

“Nəticədə Xocalının 5379 nəfər əhalisi qış şəraitində şəhəri tərk edib, 613 nəfər, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Cənab Vəliyevin sözlərinə görə, Xocalı faciəsi ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə maddələri ilə cinayət işi qaldırılıb. “1 yanvar 2011-ci il tarixədək sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 48 nəfər, cəmi 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində axtarış elan edilib. Xocalı şəhərinin işğal edilməsi nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulduğu müəyyən edilib”.

XS
SM
MD
LG