Accessibility links

Xocalı faciəsindən 25 il keçir

Bu gün Azərbaycan prezidenti, hökumət üzvləri, deputatlar, diplomatik korpusların rəhbərləri, on minlərlə insanın iştirakı ilə yürüş keçirilib. Onlar Bakının Xətai rayonunda Xocalı qurbanlarının faciəsini əks etdirən “Ana fəryadı” abidəsini ziyarət edir, faciəni yaşamış insanlara baş sağlığı verir. Abidənin üzərində Xocalı faciəsi zamanı həyatını itirmiş insanların adları həkk olunub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının fəal iştirakı ilə ermənilər tərəfindən silahlı nəzarətə götürülüb.
Şəhəri ələ keçirilməsi zamanı qadınlar, uşaqlar və qocalar da daxil olmaqla yüzlərlə dinc insan qətlə yetirilib.

Ümumilikdə, 613 dinc sakin qətlə yetirilib, onların 106 nəfəri qadın, 83 nəfəri uşaq idi. Minlərlə insan müxtəlif dərəcəli əlil olub (76 nəfəri yetkinlik yaşına çatmayanlardır), 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.

Daha çox yüklə

XS
SM
MD
LG