Accessibility links

Amerikalı həmsədr Xocalı qurbanlarının anım mərasiminə qatılacaq


Ceyms Uorlik

Ceyms Uorlik

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Amerikanın Səsinin Xocalı faciəsi ilə bağlı sualına cavab verib.

Cənab Uorlikin cavabını təqdim edirik:

“Fevralın 26-da Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak etməyi planlaşdırıram. Biz Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş faciələrin bütün qurbanlarını yad etmək istəyirik. Biz ümid edirik ki, bu vaxta kimi xüsusən dinc sakinlər arasında çox sayda itkilərlə nəticələnən münaqişə, prezidentlərin diqqətini bu münaqişənin sülh yolu ilə həll olunmasına yönəldəcək. Münaqişənin həll olunmasında irəliləyişə nail olmaq üçün Minsk Qrupunun həmsədri kimi mən fransalı və rusiyalı həmkarlarımla işləməyə hazıram. İndi sülh əldə etmək vaxtıdır”, deyə o qeyd edib.

XS
SM
MD
LG