Accessibility links

Xocalı faciəsindən iyirmi dörd il keçir.

Xocalı qurbanlarının xatirəsinə Bakının Xocalı prospektində ucaldılmış “Ana fəryadı” abidəsinin önündə fəxri qarovul düzülüb. Ölkənin bütün məktəblərində Xocalı ilə bağlı xatirə dərsləri keçirilir, muzeylərdə, salonlarda, parklarda faciəni əks etdirən sərgilər açılıb, Azərbaycanın bütün diplomatik nümayəndəliklərində anım mərasimləri təşkil edilib, məscidlərdə dualar oxunur.

Fevralın 26-da yerli vaxtla saat 17-də ölkə ərazisində hərəkət dayanacaq, Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.

Bu gün prezident İlham Əliyev, Milli Məclisin deputatları, hökumət üzvləri, siyasi partiyalar, on minlərlə ictimaiyyət nümayəndələri “Ana fəryadı” abidəsinin önünə gələrək faciə qurbanlarını yad edib.

Xocalı qurbanları anılır

Xocalı qurbanları anılır

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş 366-cı motoatıcı alayın zirehli texnikasının və rus hərbçilərinin köməyi ilə Xocalı şəhərinə hücum edib.

Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 155 nəfərin taleyi hələ də məlum deyilr. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.

Öz növbəsində, Ermənistan rəsmiləri faciədə ölkəsinin əli olmadığını bildirir.

XS
SM
MD
LG