Accessibility links

Rusiyada həbsdə olan müxalifətçi, keçmiş neft maqnatı Mixail Xodorkovski Polşanın keçmiş prezidenti Lex Valensanın adına təsis edilmiş mükafata layiq görülüb.

Cənab Valensa bu haqda açıqlama verərək, Xodorkovskinin “vətəndaş cəmiyyəti dəyərlərinin müdafiəsində göstərdiyi şücaət, iqtisadi azadlığın əsaslarının yaradılması işində əzmkarlığı və ədalət və insan ləyaqəti uğrunda mübarizədə nümayiş etdirdiyi qətiyyətinə” görə mükafata layiq görüldüyünü bildirib.

Mükafat Mixail Xodorkovskinin oğlu Pavel Xodorkovskiyə sentyabrın 29-da Polşada, Qdansk şəhərində təqdim ediləcək. Qdansk Lex Valensanın rəhbərliyi ilə Polşada kommunist sisteminin süqutuna gətirib çıxarmış “Solidarnost” hərəkatının yarandığı yerdir. Mükafatın təqdimatı mərasimi cənab Valensanın 70 illiyi ilə üst-üstə düşür.

Mükafatın dəyəri 100 min dollardır.

Bir zamanlar Rusiyanın ən zəngin iş adamlarından biri olan Mixail Xodorkovski 2003-cü ildə vergilərdən yayınmaq, fırıldaqçılıq, çirkli pulların yuyulması və dövlət əmlakının mənimsənilməsi ittihamları əsasında həbsə məhkum edilmişdi.

Hüquq müdafiəçiləri ittihamların siyasi motiv daşıdığını bildirir.
XS
SM
MD
LG