Accessibility links

Xodorkovski: "Hakimiyyət uğrunda mübarizə mənlik deyil"


10 illik həbsdən sonra bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin tərəfindən əfv edilən sabiq neft maqnatı Mixail Xodorkovski Rusiyada siyasi məhbusların azadlığa çıxması üçün əlindən gələni edəcəyini bildirib.

Berlində keçirilən mətbuat konfransında Xodorkovski deyib ki, onun sərbəst buraxılması Rusiyada siyasi məhbuslarının olmaması anlamına gəlməməlidir.

Keçmiş neft maqnatı həmçinin gələcək fəaliyyətində nə siyasətə qoşulacaq, nə də əvvəllər rəhbəri olduğu Yukos şirkətinin mülkiyyətinə yenidən yiyələnməyə çalışacaq. "Hakimiyyət uğrunda mübarizə mənlik deyil", deyə Mixail Xodorkovski bildirib.

Rusiyanın New Times jurnalında dərc edilən müsahibəsində sabiq oliqarx deyib ki, onun həbsdən azad edilməsi heç bir şərt qarşılığında olmayıb. O habelə üzərinə qoyulan cinayətlərin heç birini etiraf etmədiyini bildirib. Cümə günü əfv olunan Xodorkovski dünən Berlinə gedib.

O, müsahibəsində Rusiyaya qayıtmaq istədiyini deyib. Ancaq yayılan məlumatlara görə, dəyən zərəri ödəmək üçün onun yarım milyard dollar ödəməsinə dair məhkəmə qərarı olduğuna görə Xodorkovski geri qayıda bilməz.

Bir zamanlar Rusiyanın ən zəngin adamı olan Xodorkovski 2003-cü ildə saxtakarlıq və vergidən yayınma ittiham ilə həbs edilmişdi. Müxalifət siyasi partiyaları maliyyələşdirildiyi üçün həbs edildiyi ehtimal olunduğu üçün Xodorkovskinin həbsi siyasi müstəvidə geniş tənqidələrə səbəb olmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG