Accessibility links

Mixail Xodorkovski əfv edilə bilər


Rusiya prezidenti yaxın zamanda Mixail Xodorkovskinin əfvinə dair fərmana imza atacağını bildirib. Bu gün müxbirlələ söhbəti zamanı Vladimir Putin deyib ki, Xodorkosvski anasının xəstəliyi səbəbi ilə əfv edilməsini istəyir.

Rusiyanın dövlət başçısı Xodorkovskinin 10 ildən artıq həbsdə və bunun uzun bir müddət olduğunu deyib.

Xodorkovskinin vəkili Vadim Klyuvqant isə onun əfv xahişi ilə prezidentə müraciət etdiyini inkar edərək, bunun prezidentin öz təşəbbüsü olduğunu bildirib.

2003-cü ildən bəri həbsdə olan Xodorkovski fırıldaqçılır, vergilərdən yayınma, çirkli pulların yuyulması və digər ittihamlarla 11 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG