Accessibility links

Qacqınlar: Qeyri-müəyyən gələcək [Video]


Xora cəmiyyətinin könüllüləri qaçqınlara qanuni yollarla yardım edir

Afinanın anarxist Eksarçiya məhəlləsi qaçqınlara sığınacaqla bərabər yeni həyat imkanları yaradır.

Xora adlanan könüllülər qrupu Avropa sərhədləri üzlərinə bağlı olan insanları stomotoloji yardımdan tutmuş, vəkillərə qədər müxrtəlif imkanlarla təmin edir.

Könüllülər arasında dini təqiblərə görə İranı tərk edən xristian Əli Şükri də var.

“Bu insanlar buraya təhsil üçün, yemək üçün, ehtyacları olan hər şey üçün gəlir.

Mərkəzin bir ay əvvəl açılışından bəri burada insanlara pulsuz yemək verilir. Suriyadan olan aşpaz Həsən Mənsur könüllülər arasındadır.

“Mən Suriya, Livan yeməkləri hazırlayıram. Çünki onlar öz mətbəxləri üçün darıxır.”

İşlər bununla bitmir. Mərkəz təmir edilir. Belə görünür ki, xidmətlər artırılacaq.

Makedoniyanın sərhədlərini qaçqınlara bağlaması ilə yüz minlərlə qaçqın Yunanıstanda qalıb.

Hökumət çoxu ucqar bğlgələrdə olmaqla bu insanları düşərgələrlə təmin edib. Digərləri şəhərlərdə imkan əldə edib.

Mərkəz qanuni icarəyə götürülüb. Burada böyüklər və uşaqlara təhlükəsiz yer verilməklə yanaşı, onlara təhsil imkanları da yaradılır.

Bundan əlavə miqrantlara Avropada yerləşmələri üçün qanuni xidmətlər təklif edilir, yeni həyatlarına alışmaları üçün yunan dili də daxil edilməklə, dillər öyrədilir. Liska Bent də kölüllülər arasındadır.

“Sərhədlərin bağlılığı reallıqdır. Avropa siyasətinə baxdıqda vəziyyətin dəyişməyəcəyini görürük. Görünən odur ki, bu insanlar uzun müddət burada qalacaqlar.”

Avqust ayında qaçqın düşərgəsi yaxınlığındakı bomba hücumundan sonra insanlara özünümüdafiə dərsəri verilməsi də təəccüblü görünmür.

Burada yaşından asılı olmayaraq, hamı eyni şeyə konsentrasiya edir.

Lakin axşam düşüb, mərkəz bağlandıqdan sonra məcburi köçkünlərin çoxu qeyri-müəyyən həyatlarının çətinliklərinə qayıdır.

XS
SM
MD
LG