Accessibility links

Xorvat veteranlar Avropa İttifaqına üzvlüyün əleyhinə çıxırlar

  • Amerikanın səsi

Xorvat veteranlar Avropa İttifaqına üzvlüyün əleyhinə çıxırlar

Xorvat veteranlar Avropa İttifaqına üzvlüyün əleyhinə çıxırlar

Xorvatiyanın Avropa İttifaqına daxil olması üçün keçirilən referendum ərəfəsində polis millətçilərlə toqquşub.

Müstəqillik müharibəsinin veteranlarından ibarət nümayişçilər paytaxt Zaqrebdə “Avropa İttifaqına Yox!” və “Mən Xorvatiyanı Sevirəm!” şüarları səsləndiriblər. Minə yaxın nümayişçi hökumətdən referendumu təxirə salmağı tələb edib. Onlar Avropa İttifaqına daxil olmağın faydaları haqda hökumətin xalqa ətraflı məlumat vermədiyini deyirlər.

Polis Avropa İttifaqının bayrağını endirməyə çalışan bir neçə nümayişçini saxlayıb. Bu zaman başqaları “Xəyanət! Xəyanət!” deyə qışqırıblar. Baş verən toqquşmalarda bir neçə nəfərin yaralandığı deyilir.

Sabah keçiriləcək səsvermədə xorvat xalqı Avropa İttifaqına daxil olub-olmamaq barədə suala cavab verəcək. 50-60 faiz arasında seçicilərin təklifə “Hə” cavabı verəcəkləri gözlənilir.

XS
SM
MD
LG