Accessibility links

Haaqa məhkəməsi xorvat generallara bəraət qazandırdı


BMT-nin Yuqoslav müharibə cinayətləri məhkəməsinin apellyasiya hakimləri 1991-1995-ci illərdə Xorvatiyanın keçmiş 2 generalının Balkan müharibəsi dövründə törətdikləri müharibə cinayətlərinə görə məhkumluq qərarını ləğv edib.

Cümə günü Haaqa məhkəməsi Ante Qotovian və Mladen Markaca bəraət qazandırıb.

Qotovian və Markac 2011-ci ildə 24 və 18 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onların uzun müddətə həbs olunması Zagreb hökuməti tərəfindən kəskin tənqid olunub.

Keçənilki məhkəmədə üçüncü general İvan Cermak bərat qazanmışdı. O, Xorvatiyanın paytaxtı Zagreb şəhərinə qayıtmış, orada baş nazir Jadranka Kosor tərəfindən qarşılanmışdı.

Bugünkü məhkəmə 1995-ci ildə Xorvatiyanın Krayna respublikasına hücum edib Serbiyanın idarəçiliyinə qaytarmaq cəhdləri çərçivəsində aparılan “Storm əməliyyatı” ilə bağlı ən son inkişaflardandır.

Xorvatiya mərhum prezidenti Franjo Tudjmanın da adı “müştərək cinayət əməliyyatıda” hallanıb. Bu hadisə zamanı yüzlərlə serb öldürülüb, minlərlə insan evlərindən didərgin salınıb.

Xorvatlar bu iki generalı milli qəhraman, onların keçirdiyi əməliyyatları isə Xorvatiyanın azadlığı əməliyyatları adlandırır. Zaqreb hökuməti Avropa İttifaqına üzv olmağa zəmin hazırlamaq üçün BMT-nin istintaq qrupu ilə əməkdaşlıq etməyə razılıq verib.
XS
SM
MD
LG