Accessibility links

Avropa Parlamenti 120 min qaçqının Avropa İttifaqına üzv ölkələrə yerləşdirilməsi planına dəstək verib.

Ölçü Avropa İttifaqı qanunvericilərinin 372 lehinə, 124 əleyhinə, 54 bitərəf səslə qəbul edilib.

Gələcək addım bu ölkəlrin xarici işlər nazirlərinin planın təsdiqi olacaq. Beləliklə qaçqınların qəbulunun əleyhinə olan Şərqi Avropa ölkələrinin mövqelərini dəyişməsinə yol açıla bilər.

Bu gün Sloveniyanın paytaxtı Lyublayanada keçirilən görüş zamanı Avstriya kansleri Uorner Feymann və Sloveniyanın baş naziri Miro Kerar Avropa İttifaqını qaçqın böhranının həllinə çağırıb.

Feymann deyib ki, Avropa ölkələri problemləri biri-birinin boynuna atmamalıdır.

Feymann miqrant böhranı məsələsini Xorvatiyanın baş naziri Zoran Milanoviçlə də müzakirə edib. O, baş nazirdən qaçqınların Xorvatiya sərhədilərini keçməsinə icazə verilməsinə çağırıb. Milanoviç buna yol veriləcəyinə vəd verib.

Xorvatiya

Xorvatiya Macarıstanın Serbiya ilə sərhədlərini bağlamasından sonra 5600 miqrantı qəbul edəcəyini bəyan edib.

Qaçqınlar sərhədlərin bağlanmasından sonra Xorvatiya ərazisindən Avropa İttifaqına üzv ölkələrə üz tutub.

Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç dünən ölkəsinin minlərlə qaçqını qəbul etməyə hazır olduğunu bildirsə də, ölkəsinin on minlərlə miqrantı qəbul etmək iqtidarında olmadığını deyib.

BMT

BMT-nin baş katibi Ban Gi Mun Macarıstanın qaçqınlara göstərdiyi münasibəti kəskin tənqid edib.

Macarıstan polisi qaçqınlara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Baş katib deyib ki, müharibələrdən qaçanlara insan ləyaqəti ilə münasibət göstərilməlidir.

XS
SM
MD
LG