Accessibility links

Xorvatiyada 2013-cü ildə Avropa Birliyinə qoşulandan bəri ilk dəfə parlament seçkiləri keçirilir.

Rəy sorğuları göstərir ki, baş nazir Zoran Milanoviçin hakim Sosial Demokratlar Bloku ilə rəqib Vətənpərvər Koalisiyası arasında yaxın mübarizə gedir.

Heç bir partiyanın parlamentdə əksəriyyəti əldə edəcəyi gözlənilmir. Təhlilçilər tərəflərin koalisiya qurmaq üçün kiçik fraksiyalarla uzun-uzadı danışıqlar aparacağı gözlənilir.

Mühafizəkar Vətənpərvər Koalisiya miqrant məsələsində daha ciddi nəzarət tətbiq etmək istəyir.

Baş nazir Milanoviç isə əsasəm milli maraqları qoruyacağına söz verərək miqrantlara mülayim rəftarı ilə rəğbət qazanıb.

Xorvatiyanın Avropa Birliyinin ən kasıb ölkələrindən biri olmasına baxmayaraq baş nazir deyib ki, ölkə iqtisadiyyatı dirçəlməkdə olduğuna görə insanlar onun partiyasına səs verməlidir.

XS
SM
MD
LG