Accessibility links

Xorvatiyanın “2 Violençel” qrupu


Xorvatiyanın “2 Violençel” qrupu
Xorvatiyanın “2 Violençel” qrupu

“2-Violençel”-in ifaçıları Luka Soliç və Stepan Houserin Maykl Ceksonun 1987-ci ildəki məşhur “Smooth Criminal” mahnısı internetdə bir neçə həftə ərzində beş milyon tamaşaçı tərəfindən izlənib

İnsanların çoxu violençelin klassik müsiqi aləti olduğunu və bu alətdə yalnız dünyanın konsert zallarında simfonik orkestrlə musiqi ifa edildiyini düşünür. Lakin Xorvatiyanın özlərini “2 Violençel” adlandıran mahir musiqiçiləri bu ənənəni poza bilib. İ

“2-Violençel”-in ifaçıları Luka Soliç və Stepan Houserin Maykl Ceksonun 1987-ci ildəki məşhur “Smooth Criminal” mahnısını ifa etdikləri video bir neçə həftə ərzində beş milyon tamaşaçı tərəfindən izləndi. Hauser deyir ki, məşhur müğənni Elton Con onlara zəng edərək, 2011 il konsert turlarında onunla iştirak etmələrini xahiş etdi və onlar Sony Masterwork şirkəti ilə müqavilə bağladılar.

Houser ifa etdikləri musiqinin İnternetdə nə dərəcədə müvəffəqiyyət qazandığını və çox sayda pərəstrişkar qazandığını gördükdən sonra şirkətlərin onlarla müqavilə bağlamaq istədiyini deyir.

Luka Soliç xaricdə təhsil alan bir çox müsiqiçi kimi onların da təhsillərini Londonda davam etdirmək istədiklərini deyir. “Lakin buna gərək qalmadı” – deyə, o bildirir.

Onlar ifalarını genişləndirməklə yanaşı, violençeli ənənəvi ifaə tərzindən kənarda imkanlarını sınamaq istəyirlər.

-Klassik musiqinin müəyyən bir stili var. Digər musiqi alətləri kimi violençellə də müxtəlif musiqi janrlarını ifa etmək olar və bunu etməmək bağışlanılmaz olardı. - deyə, Houser bildirir.

Suliç və Houser bu tərzdə musiqinin gənc nəsli onların valideynlərinin vaxdilə dinlədikləri violencllə yaxından tanış olmağa imkan verəcəyini düşünürlər.

XS
SM
MD
LG