Accessibility links

Xoyda Beynəlxalq Şəms Təbrizi Qurultayı keçirilir


Şəms Təbrizi türbəsi, Xoy

Şəms Təbrizi türbəsi, Xoy

Beynəlxalq Şəms Təbrizi Qurultayı müxtəlif ölkələrdən tədqiqatçılar və alimlərin iştirakı ilə 12-13-cü əsrlərdə yaşamış böyük şair və arifin Qərbi Azərbaycan vilayətinin Xoy şəhərindəki türbəsi yaxınlığında keçirilir.

İranın rəsmi dövlət agentliyi İRNA xəbər verir ki, Şəms Təbrizi qurultayı sentyabrın 25-də açılıb və sentyabrın 28-ə qədər davam edəcək.

Yayılan məlumata görə, xoylu məsullar Şəms Təbrizi türbəsinin Xoyda yerləşməsini digər ölkələr, o cümlədən Türkiyə ilə mədəni əlaqələrin genişlənməsindən əlavə turizm sektorunun inkişafı üçün də bir fürsət kimi görürlər.


Xoy şəhərinin qubernatoru Hüseyn Seyvani-Əsl Xoyda turizm sektorunun inkişafı üçün böyük Şəms Təbrizi məqbərəsinin tikilməsi və diqər turizm-xidmət obyektlərinin təməlinin qoyulması istiqamətində layihələr hazırlandığını bildirib.

XS
SM
MD
LG