Accessibility links

Son iki ildə İranda xristianlığı qəbul edən 300-dən çox adam tutulub


BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid

BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid

Əhməd Şəhid deyib ki, yeni xristianlara qarşı repressiyalar və ev şəraitində idarə olunan kilsələrə hücumlar kəskin hal alıb

BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid jurnalistlərə açıqlamasında deyib ki, İranda islamdan imtina edib xristianlığı qəbul edənlərə qarşı təzyiqlər gündən-günə artır.

“Media forum” saytının məlumatına görə, Əhməd Şəhid deyib ki, yeni xristianlara qarşı repressiyalar və ev şəraitində idarə olunan kilsələrə hücumlar kəskin hal alıb.

“2010-cu ildən bu yana 300-dən artıq yeni xristian özbaşına şəkildə tutularaq həbsə salınıb. Onlardan 41 nəfəri müxtəlif müddətlər ərzində (bir aydan bir ilə qədər) həbsdə saxlandıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılıb. Qalanları hələ də həbsdə saxlanır.
İranda kilsələr təzyiq altındadır. Hökumət kilsə rəhbərlərindən tələb edir ki, ibadət üçün kilsəyə gələnlər haqda vaxtaşırı hesabat versinlər. İran Konstitusiyası xristianlıq dinini tanısa da, təəssüflər olsun ki, İran hökuməti tamamilə əks siyasət yürüdür, yeni xristianlara qarşı repressiyanı davam etdirir”.
XS
SM
MD
LG