Accessibility links

Məlahət Zeynallı: Əvəz öz ənənələrinə sadiq qalır [Audio-Müsahibə]


Məlahət Zeynallı

Məlahət Zeynallı

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 45 yaşını həbsxanada qeyd edib

Müsahibədən çıxarışlar:

“4-cü ad gününü həbsxanada keçirən Əvəz Zeynallı öz ənənələrinə sadiq qalır. Yeni kitablar oxuyur, tərcümələrini davam etdirir. Hədər yerə yaşamadığımızı, cəmiyyətə “Xural qəzeti olaraq verdiyimiz töhfələri təhlil edir.”

“Evimizdə iki azyaşlı uşağımız böyüyür. Elə yaşdadırlar ki, onların ataya, ata nəsihətlərinə ehtiyacları var.”

“Məni işlə təmin etmək istəmirlər.”

Məlahət və Əvəz Zeynallılar

Məlahət və Əvəz Zeynallılar

“Ümidlərimiz var, gözləntilərimiz var.”

“Azərbaycanda hüquqi dövlətin qurulmasına çalışmaq lazımdır. Əgər məhkəmələrdə saxta ittihamlar irəli sürülür, saxta hökmlər çıxarılır, heç bir əsasa, dəlilə, sübuta söykənməyən hökmlər oxunursa, biz heç bir zaman Azərbaycanın işıqlı gələcəyindən danışa bilmərik.”

“Azərbaycan bir çox beynəlxalq təşkilatlara üzvlüyü qəbul edərkən qarşısına öhdəliklər qoyub. Bu öhdəlikləri yerinə yetirmək lazımdır. Əgər bu, həyata keçirilsə, Azərbaycanda nə siyasi məhbuslar, nə də onun siyasi müstəvidə mübahisəli mövzuları qala bilər.”

XS
SM
MD
LG