Accessibility links

Xural qəzetinin texniki avadanlıqları müsadirə edilib


Xural qəzetinin texniki avadanlıqları müsadirə edilib

Xural qəzetinin texniki avadanlıqları müsadirə edilib

Son illər məhkəmələr Xural qəzetinə qarşı 30-dək iddiaya baxıb. Qəzetə qarşı 19 min manat cərimə icraya yönəldilib.

Bakının Nərimanov rayon məhkəməsinin məhkəmə icraçıları Xural qəzetinin əmlakını siyahıya alıb və iş günü başa çatdıqdan sonra saat 19-da qəzetin əmlakını müsadirə edərək aparıb.
Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, məhkəmə icraçıları redaksiyada olan 9 dəst kompüteri, skanerləri, printerləri, telefon aparatlarını, diktofonları, hətta flaş kartları belə müsadirə ediblər. “Məhkəmə icraçılarının hərəkətləri qanunsuzdur. Biz məhkəməyə müraciət edəcəyik. Çünki apardıqları avadanlıqların heç biri redaksiyanın mülkiyyəti deyil”, - deyə o qeyd edib.
Baş redaktor təzyiqlərə baxmayaraq, qəzetin çapının dayandırılmayacağını bildirib. “Biz müsadirədən sonra oxucuların, dostlarımızın noudbuklarının köməyi ilə qəzetin çapını həyata keçirdik. Bundan sonra da Xural qəzeti gündəlik çapını davam etdirəcək”, - deyə Əvəz Zeynallı vurğulayıb.
Baş redaktor qəzetin əmlakının müsadirəsinin siyasi sifariş olduğunu deyib. Onun fokrincə, qəzet çoxsaylı korrupsiya faktlarını dərc edib. “Əslində hüquq mühafizə orqanları qəzetin dərc etdiyi faktları araşdırmalıdır. Amma, bunun əksinə qəzeti məhkəmələr cərimələyir. Cənub bölgəsi üzrə müxbirimiz Aydın Canıyev narkotik tranzitindən yazdı, faktları araşdırmaq əvəzində müxbiri həbs etdilər”, - deyə o qeyd edib.

Xatırladaq ki, son illər məhkəmələr Xural qəzetinə qarşı 30-dək iddiaya baxıb. Qəzetə qarşı 19 min manat cərimə icraya yönəlib. Son olaraq qəzeti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev məhkəməyə verib. Bu ilin sentyabrında Nərimanov rayon məhkəməsi qəzeti Ramiz Mehdiyevin iddiası ilə 10 min manat,

Prezident yanında Mətbuata Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərlinin iddiası üzrə isə 5 min manat cərimə edib.

XS
SM
MD
LG