Accessibility links

Nardaranda xüsusi əməliyyat-axtarış tədbirləri keçirilib


Nardaran
Nardaran

Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb

Oktyabrın 7-də Daxili işlər orqanları tərəfindən Bakı şəhərinin Sabunçu rayonunun Nardaran qəsəbəsində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İmran Ağarızayevin evində odlu silah-sursat gizlətdiyi müəyyən edilib. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində İ. Ağarızayevin həyətində basdırdığı “Kalaşnikov” markalı avtomat, 90 ədəd patron və 2 ədəd avtomat darağı aşkar edilərək götürülüb.

Həyata keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Alim Zəkiyev də saxlanılıb. Onun qəsəbə ərazisində yeni tikilidə olan bağ evinin zirzəmisinə baxış zamanı orada saxladığı “Kalaşnikov” markalı odlu silahdan atəş etmək üçün nəzərdə tutulan 34 ədəd patron və avtomat darağı aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.

Əhalinin könüllülük prinsipi əsasında silah-sursatı təhvil verməsi üçün Cinayət Məcəlləsində müvafiq dəyişikliklər edilib. Dəyişikliklərdə könüllü olaraq polisə təqdim edilən silaha görə vətəndaşın məsuliyyətə cəlb edilməməsi əksini tapıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG