Accessibility links

Xəzərdə təhlükəsizlik sazişinin layihəsi ilə bağlı razılıq əldə edilməyib


Xəzərdə təhlükəsizlik sazişinin layihəsi ilə bağlı razılıq əldə edilməyib
Xəzərdə təhlükəsizlik sazişinin layihəsi ilə bağlı razılıq əldə edilməyib

Sənəd Xəzərdə təhlükəsizlyiin təminatı mexanizminin formalaşdırılmasını, terrorizmə və mütəşəkkil cinayətkarlığa, silah qaçaqmalçılığına, narkotik maddələr və nüvə texnologiyasına, gəmilərin ələ keçirilməsinə, qeyri-leqal miqrasiyaya, bioresursların qanunsuz hasilatına qarşı mübarizəni əhatə edir

Sahiyanı dövlətlər yenə Xəzərdə təhlükəsizliklə bağlı Saziş layihəsi ilə bağlı razılığa gələ bilməyib. Belə ki, nyabrın 3-4-də Bakıda shil dövlətlərinin işçi qrupunun iclasında sənədin mətnini tam razılaşdırmaq mümkün olmayıb.
Görüşdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan xarici işlər nazirlərinin müavinləri iştirak edib.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, iclas iştirakçıları “razılaşdırılmamış müddəaların əksəriyyəti üzrə xeyli irəliləyə bilib”. O eyni zamanda deyib ki, bəzi məsələlərlə bağlı “müzakirələrə ehtiyac var”.

Nazir müavini tərəflərin razılığa gələ bilmədiyi müddəalaraı açıqlamayıb. Yalnız onu deyib ki, saziş Xəzərdə təhlükəsizlyiin təminatı mexanizminin formalaşdırılmasını, terrorizmə və mütəşəkkil cinayətkarlığa, silah qaçaqmalçılığına, narkotik maddələr və nüvə texnologiyasına, gəmilərin ələ keçirilməsinə, qeyri-leqal miqrasiyaya, bioresursların qanunsuz hasilatına qarşı mübarizəni əhatə edir.

Bununla yanaşı tərəflər işin yekunları barədə öz hökumətlərinə məlumat verilməsi və noyabrın 9-10-da Tehranda keçiriləcək Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi üzrə işçi qrupunun görüşündə təhlükəsizlik haqqında saziş layihəsinin müzakirə olunması və “ümumi rəyə gəlinməsi üçün” mövqelərin bir daha dəqiqləşdirilməsi barədə razılığa gəlib.
Bakı görüşündə 5 ölkə prezidentinin birgə bəyanatının layihəsi də müzakirə olunub. Sənədin noyabrın 18-də Bakıda Xəzəryanı dövlət başçılarının sammitdə qəbulu gözlənilir.
Cənab Xələfov bildirib ki, Tehranda razılaşdırıldıqdan sonra sammitə hazırlıq çərçivəsində noyabrın 15-16-da Bakıda işçi qrupunun daha bir görüşünün keçirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, prezidentlərin birgə bəyanatı çoxaspektli sənəd olacaq. Sənəddə Xəzərin hüquqi statusunun razılaşdırılmasının sürətləndirilməsinin vacibliyi qeyd olunacaq. Sənəd həmçinin regional əməkdaşlıq məsələlərini, regional sabitlik, dövlətlərarası münasibətlərin inkişafını, beynəlxalq əməkdaşlığı əhatə edəcək.

XS
SM
MD
LG